Fəaliyyəti dayanmış şirkətin balansında olan avtomobilin hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Fəaliyyəti dayanmış şirkət

Sual: Fəaliyyətini dayandırılmış firmanın balansında avtonəqliyyat vasitəsi var. Hansı hesabatlar verilməlidir və hansı vergilər hesablanır bu maşına görə?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Bununla belə, vergi qanunvericiliyinə əsasən mexaniki nəqliyyat vasitələrinin dəyəri əmlak vergisindən azaddır. Mexaniki nəqliyyat vasitələrinə isə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, o cümlədən də avtonəliyyat vasitəsi də aiddir.

Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda hər hansı verginin hesablanması və bəyan edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarınızı müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə Sizə bildiriş göndərilməklə həmin əməliyyatların müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Bax: Vergi Məcəlləsinin 16.4-cü, 16.5-ci və 199.4.3-cü maddələri, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 1-ci maddəsinin 18-ci hissəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email