ƏDV ödəyicisi olan fiziki şəxs əmlakı icarəyə verərsə ƏDV hesablanmalıdırmı?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV öhdəliyi, EDVSual: ƏDV qeydiyyatında olan fiziki şəxs şəxsi daşınmaz əmlakını ƏDV qeydiyyatında olan hüquqi şəxsə icarəyə verir. Bu halda hansı növ vergi öhdəlikləri yaranır? (EDV)

Cavab: Bildiririk ki, fiziki şəxslərə ödənilən icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

İcarə haqqından gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün gəlir vergisinin və əlavə dəyər vergisinin məqsədləri üçün nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü124-cü maddələri.

Mənbə: taxes.gov.az



Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, EDV, fiziki şəxs, 
Print Friendly, PDF & Email