Məşhur futbolçu 1,1 milyon avro vergidən yayınıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İspaniyada daha bir məşhur futbolçu vergidən yayınmağa görə məsuliyyətə cəlb olunur.

Madridin “Atletiko” klubunda oynayan Dieqo Kosta ilə bağlı 1,1 milyon avro vergi yayındırdığı iddiası ilə cinayət işi qaldırılıb. Bundan əvvəl İspaniya mətbuatında Madridin İqtisadi Cinayətlər Məhkəməsi tərəfindən Kosta haqqında cinayət işinin açılıb-açılmayacağına dair məlumat yayılmışdı.

Məhkəmə iddiasının Dieqo Kostanın İngiltərənin “Çelsi” klubundan İspaniyanın “Atletiko” Madrid klubuna transfer olunduğu 2014-cü ildə ümumilikdə 1 milyon 117 min 272 avro vergi yayındırması ilə bağlı qaldırıldığı bildirilib.

Qeyd edək ki, İspaniyada indiyə qədər vergi qaçaqçılığına görə Lionel Messi, Kriştianu Ronaldu, Radamel Falkao, Angel Di Maria, Xavier Maskerano, Marcelo, Neymar, Fabio Koentrao, Ceymz Rodriqez, Luka Modriç ve Aleksis Sançez kimi dünyanın məşhur futbolçularına cəzalar verilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  
Print Friendly, PDF & Email