Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisədən xidmət alışı zamanı hər hansı səbəbdən meydana çıxan gecikməyə görə (gömrükdə, anbarda və s.) həmin müəssisə daşıma xidmətindən əlavə müəyyən məbləğdə hesabat faktura göndərir. Gecikməyə görə tərəfimizdən ödənilən bu məbləğ 10% ÖMV-yə və 18% ƏDV-yə cəlb olunmalıdır mı? Yoxsa daşıma xidmətinin tərkib hissəsi kimi 6%-lə ÖMV-yə cəlb olunmalıdır?

Cavab: Bldiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əlavə olaraq bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 159-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *