Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
Sual: Gəlirdən çıxılmayan xərclər (məsələn biznes görüşü üçün restoran xərci) təsdiqedici sənədlərlə bölüşdürülməmiş mənfəətdən şərtsiz çıxıla bilərmi yoxsa bu hal dividend kimi hesab edilərək ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb olunmalıdır?
Cavab: Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.
Sorğunuzda qeyd olunan xərclərin müəssisənin fəaliyyəti ilə əlaqədar olduğunu nəzərə alaraq, çəkilən xərcin bölüşdürülməmiş mənfəət hesabına ödənilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.
Mənbə: taxes.gov.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?
Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri ümidsiz borc kimi tanına bilərmi?
Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?
Başqa işə keçirilmənin sənədləşdirilməsi
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?