fbpx

Əmək müqaviləsi bağlamaq üçün vətəndaşlar gücləndirilmiş elektron imzaya sahib olmalıdırlar

posted in: Xəbər | 0

28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsində, Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında edilmiş dəyişikliklərdə əmək müqavilələrinin elektron informasiya sistemi üzərindən elektron sənəd formasında bağlanılması, işçi və işəgötürən tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minməsi məsələləri öz əksini tapıb. Əmək müqavilələrinə dəyişikliklərin edilməsi və xitam verilməsi kimi əməliyyatların da elektron informasiya sistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd olunan əməliyyatların yerinə yetirilməsi üçün işəgötürənlə yanaşı, işçilərin də gücləndirilmiş elektron imzaya sahib olmaları zəruridir. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən əcnəbilər əmək müqavilələrini “Vətəndaş” tipli Asan İmzadan, həmçinin SİMA İmzadan istifadə edilməklə ödənişsiz şəkildə imzalaya bilərlər. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi, təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla imzalanan əmək müqavilələri haqqında məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.

Əməyin Məşğulluğu Alt Sistemi (ƏMAS) platformasında əmək müqavilələrinin onlayn şəkildə imzalanması vətəndaşların vaxtına və vəsaitinə qənaət etməsi üçün şərait yaradır, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti önəmli addım olmaqla, kağız daşıyıcılarından istifadəni xeyli azaldır.

Mənbə: vergiler.az

Biznes hesabi

401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı üzrə uçot

 

error: Content is protected !!