Hüquqi şəxsin hansı sənədlərinin sürətini Vergi orqanlarından almaq olar?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

hüquqi şəxsSual: Hər hansı bir hüquqi şəxsin nizamnaməsini və hüquqi ünvanını təsdiq edən rəsmi sənədi Vergi orqanlarından almaq olarmı? (hüquqi şəxs)

Cavab: Bildiririk ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Dövlət reyestrin çıxarışlar hüquqi şəxsə rüsumsuz verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Bakı şəhəri Lokal Gəlirlər Departamentininn inzibati binasında yerləşən xidmət mərkəzində yalnız həmin Departamentin vergi ödəyiciləri üçün), Naxçıvan MR Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinə, Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır) müraciət edilməlidir. Bu xidmətin icra müddəti 7 iş günü müəyyən edilmişdir.



Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7.45-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən dövlət reyestri məlumatları https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp elektron ünvan üzrə keçid etdikdə əldə oluna bilər.

Bax: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanununun III fəsli, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”, Vergilər Nazirliyinin 19.05.2017-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” 5.6-cı və 6.10-e –ci bəndləri.

Mənbə: taxes.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqi şəxs, vergi, hüquqi şəxs
Print Friendly, PDF & Email