fbpx

İcarə zamanı vergi və bəyannamə təqdim etmək öhdəliyi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

mühasib, vakansiya, Mühasibat uçotu,Sual: Bir fiziki şəxs (vergi ödəyicisi kimi uçota alınmış şəxs) digər fiziki şəxsdən (vergi ödəyicisi kimi uçota alınmış şəxsdən) qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Şəxslər arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən İcarəyə götürən İcarəyə verənə bütün vergilər daxil (o cümlədən Ödəmə mənbəyində vergilər) aylıq 1000 manat icarə haqqı ödəyir. Həmçinin icarə müqaviləsinin digər maddəsində tərəflər razılığa gəlmişdirlər ki, İcarəyə verən hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə ödəmə mənbəyində vergini özü ödəyir. Sual 1. – bu şəkildə razılaşma əsasında ödəmə mənbəyində vergilərin İcarə verən tərəfindən hesablanması və ödənilməsi cari Vergi Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edirmi ? Sual 2. – Əgər bu razılaşma əsasında İcarə verən şəxs özü ödəmə mənbəyində vergiləri hesablayacaq və ödəyəcəksə, o zaman İcarəyə götürən şəxs ÖMV bəyannaməsi təqdim etməlidirmi? (bəyannamə)

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda, icarə haqqını ödəyən şəxs ödəmə mənbəyində 140 manat gəlir vergisini tutaraq büdcəyə ödəməli, qalan 860 manat vəsaiti icarəyə verənə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email
error: Content is protected !!