İndiyə qədər nə qədər yerli investisiyalı MMC elektron qeydiyyatdan keçib?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

yerli investisiyalı MMCYerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının tətbiq olunduğu 2012-ci ilin fevralı ayından indiyə qədər 27 mindən çox hüquqi şəxsin və yaxud ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3%-inin qeydiyyatı bu üsulla aparılıb.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Vergilər Nazirliyi tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək “Elektron xidmətlərin siyahısı”na daxil edilib. Bu xidmətlərdən 26-sı məhz Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4%-i elektron qeydiyyatdan keçib”, – o qeyd edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ə.Məmmədovun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı MMC-lərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq.

“Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub”, – o bildirib.

Həmçinin bax: Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email