“Sahibkarlar arasında könüllü və intizamlı vergi ödəyicisi olmağın təbliği” layihəsi başa çatıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sentyabrın 15-dən oktyabrın 24-dək Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlax şəhərindən olan mikro və kiçik sahibkarlar üçün “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn təlim keçilib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) “Sahibkarlar arasında könüllü və intizamlı vergi ödəyicisi olmağın təbliği” layihəsi çərçivəsində reallaşdırılıb.

Təlim zamanı İRÖİB-nin sədri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev COVİD 19 pandemiyası şəraitində sahibkarların məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilməsi mövzularında mühazirələr oxuyub.

İRÖİB-nin icraçı direktoru Qafqaz Qəhrəmanlının apardığı onlayn məşğələlər elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yeniləşdirilməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularına həsr olunub.

Layihə çərçivəsində sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsi praktiki yöndən izah edilərək iştirakçılarla birlikdə nümunələr üzərində iş aparılıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email