İnvestisiya qoymaq üçün faydalı qiymətli kağızlar

posted in: Xəbər | 0
birbank biznes

Mülki Məcəllənin 54-cü fəsli və sahəvi (Qiymətli kağızlar bazarı haqqında) qanunla tənzimlənən qiymətli kağızlar dedikdə bu kağızı verən şəxslə onu əldə edən şəxs arasında müqavilənin olduğunu təsdiqləyən bir sənəd başa düşülür. Bu o deməkdir ki, qiymətli kağızı alıb-satmaq üçün xüsusi bir müqavilə bağlanmır. Kağızın verilməsi özlüyündə müqavilənin olmasını təsdiq edir.

Beynəlxalq bazarlarda başlıca kapital münasibətlərinin özülünü təşkil edən qiymətli kağızlar bazarı hazırda ölkəmizdə inkişaf etməkdə olan maliyyə sahəsindən biridir.

Hazırda öz pulunu əmanət kimi banklara qoymaqla yanaşı, hər kəs qiymətli kağızlar əldə etməklə də fayda əldə edə bilər.

Qiymətli kağızların bir neçə növü var ki, bunlardan biri də investisiya qiymətli kağızlarıdır. Bu yazıda həmin növ qiymətli kağızlar barədə başlıca məsələləri izah etməyə çalışacağıq.


İşçinin kreditini işəgötürən necə ödəyə bilər?


İnvestisiya qiymətli kağızları qismində istiqrazsəhmlər çıxış edir. Bu kağızlar əldə edilən andan onu əldə edən şəxsin mülkiyyətinə keçir. Mütləq qaydada Mərkəzi Depozitarda qeydiyyatda olur. Bu qiymətli kağızlar sabit gəlirli hesab edilir. Birjada daha çox istiqrazlar alınır. Hər bir kağızın öz rekvizitləri olur. Bu da həmin qiymətli kağızlarla bağlı saxtakarlığın qarşısının alınması üçün tətbiq edilir.

İstiqraz borc investisiya qiymətli kağızıdır. Onu verən şirkət yaxud dövlət müəssisəsi müəyyən dövriliklə alıcıya faiz və əsas məbləği ödəyir. İstiqrazların təmin edilmiş növü dövlət zəmanəti, girov və ya qarantiya ilə təmin olunur. Bu təmin edilmə mütləq qaydada qeydiyyata alınmış olur.

Səhmlər isə şəxsin səhmdar cəmiyyətin nizamnamə kapitalındakı payını müəyyən edir. Şəxs səhm əldə etməklə səhmdar cəmiyyətin ali idarəetmə orqanının iştirakçısı olur. Səhmi əldə edən şəxs səhmdar cəmiyyətinin illik mənfəətindən dividend əldə etmək hüququna malikdir. Səhmi əldə edərkən həmin səhmin dəyərinə və səhmdar cəmiyyətin səhmlərinin ümumi sayına diqqət yetirmək mütləqdir. Belə ki, 2 manata səhm alaraq səhmdar olmaq mümkün olsa da, cəmiyyətin buraxdığı səhmlərin sayı 100 min ədəd olanda şəxsin səhmdar cəmiyyətinin səhmdarlarının yığıncağında səsvermə hüququ 2 manata uyğun faiz nisbətində olur. Bu isə qərar qəbul etmə zamanı səsvermədə əhəmiyyət kəsb edən fərqin yaranmasına səbəb olur. Səhmlərin imtiyazlı növü var ki, bu növ səhmi əldə edən şəxslər hər bir halda dividend almaq və cəmiyyət ləğv edildiyi zaman qalan əmlakdan pay almaqla bağlı digər səhmdarlara nisbətdə üstünlük hüququ verir.

Yekunda isə qeyd edək ki, istənilən növ qiymətli kağız alarkən bu sahədə təcrübəsi olan investisiya şirkətləri ilə məsləhətləşmək məqsədəuyğundur.


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Print Friendly, PDF & Email