İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?

posted in: Xəbər | 0
birbank biznes

İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar digər şirkətə ƏDV ilə yoxsa ƏDV-siz satılır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir.

İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.

Qeyd olunanlara əsasən, investisiya təşviqi sənədi alınmış və vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email