Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (III hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlər 

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?           

Baxmayaraq ki, tarixən Rusiyada qadınlar əmək qabiliyyətli əhalinin təxminən yarısını təşkil edirlər (statistikaya görə hər min qadına 866 kişi düşür), onların əməkhaqqı rusiyalı kişilərin maaşından üçdə bir dəfə (30,6 faiz) azdır. Bu yüksək və orta səviyyəli gəlirləri olan ölkələr arasında maaşlar sahəsində ən böyük fərqdir. Məsələn, Kosta-Rika, Meksika, Albaniya və Türkiyədə bu sahədə işlər Rusiyadakından daha yaxşıdır.

Rusiyada karyera uğurlarında qadınlara çox vaxt streotiplər maneçilik törədir: rusiyalıların 59 faizi güman edir ki, ailənin maliyyə təminatı kişinin üzərinə düşməlidir. Vətəndaşların beşdə bir hissəsi isə hesab edir ki, qadınlar ümumiyyətlə, işləməməlidirlər. Lakin 2021-ci ildən rusiyalı qadınların qarşısında daha çox iş imkanları açılıb: indi onlara ənənəvi olaraq kişilər üçün sayılan sahələr təklif olunur. İndi Rusiyada qadınlara daha çox peşələr əlçatandır: məsələn, onlar Moskva metropolitenində elektrik qatarlarının maşinistləri, uzaq yerlərə yükləri çatdıran yük maşınlarının sürücüləri, traktorçu kimi də işləyə bilərlər, hətta gəmilərdə xidmət də keçə bilərlər.

Qadınların iqtisadiyyat və siyasətdə rolunun genişlənməsi Rusiya hakimiyyət orqanları tərəfindən də dəstəklənir və bu, işdə ölkənin inkişafı üçün stimul kimi nəzərə alınır. “Qadınların fəal ictimai həyata, fəal elmi, yaradıcı işə qoşulması – bu, bütün ölkənin gələcəyi üçün son dərəcə vacib resursdur”, – prezident Vladimir Putin bəyan edib. Federasiya şurasının başçısı Valentina Matviyenko belə söyləyib: rusiyalı qadınlar biznesdə və dövlət idarəçiliyində daha fəal iştirak etməyə başlayıblar, onlara geniş imkanlar verilib.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *