Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (IV hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlər 

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?

Sarsıdıcı zərbə

Gender bərabərliyinin irəliləyişində qazanılan dünya uğurları təhlükə altına düşüb. Koronavirus pandemiyası və onun ortaya çıxardığı böhran qadınların karyerasına sarsıdıcı zərbə vurub: bütün dünya üzrə qadınlar epidemiyanın başlıca qurbanlarına çevriliblər. Onlar iqtisadiyyatın ən çox zərər görmüş sahələrində: turizm, ictimai iaşə, əyləncə – kişilərdən daha fəal iştirak edirdilər. Bundan əlavə, məktəblər bağlandığı vaxtlarda onlar uşaqlarının yanında olmaqdan ötrü, çox vaxt işlərini buraxmalı olublar.

Ümumdünya tənəzzülü fonunda, Heidrick & Struggles işə personal qəbulu xidməti tərəfindən bildirildiyi kimi, qadınlara rəhbər vəzifələri daha az etibar edilir. Onlar hazırda dünyanın ən iri şirkətlərinin yalnız 3 faizində rəhbər vəzifələri tuturlar. Müqayisə üçün: epidemiyaya qədər qadınlar bütün dünyada 965 ən böyük şirkətdə dörd dəfə çox iş yerləri əldə etmişdilər. İndi şirkətlərdə böyük ehtimalla artıq baş direktor vəzifəsini tutmuş yeni liderləri seçəcəklər ki, bu rolda da çox vaxt kişilər üstünlük təşkil etmişlər.

Hər hansı bir işə düzəlmək üçün müraciət edərkən, seçim zamanı cinsə üstünlük verilməsinin nəticələri dəhşətli ola bilər. Oreqon ştatının Universitetindən (ABŞ) olan alimlər belə bir təcrübənin yalnız işçilərin ayrı-seçkiliyinə deyil, həm də məhsuldarlığın ümumi itkisinə gətirib çıxardığını, bunun isə öz növbəsində zərərlə nəticələndiyini bildiriblər. Dünya Bankının ekspertlərinin qiymətləndirməsinə görə, ölkələr qeyri-bərabər  əməkhaqqı ödənişləri üzündən hər il trilyonlarla dollar itirirlər. O cümlədən, qızların təhsilə məhdud çıxışı və əhalinin qadın hissəsinin əmək məhsuldarlığının və gəlirlərinin artırılması üzrə reallaşdırılmamış imkanlar hesabına dünya iqtisadiyyatının itkiləri ildə 15-30 trilyon dollar təşkil edir.

Fortune 500 siyahısından olan şirkətlərin nümunəsi göstərir ki, işçilərə tətbiq edilən ayrı-seçkiliyin fonunda məhsuldarlığın itirilməsi səbəbi ilə bir il ərzində həmin şirkətlər 2,8-17 milyon dollara qədər vəsaitləri itirə bilərlər. Pandemiya dövründə idarəçilikdə qadınlara daha az etibar etməyə başlayıblar: bir il əvvəl ilə müqayisədə 2020-ci ildə baş direktor vəzifəsinə qadınların təyinatı 39 faizə düşüb. 2019-cu ildə isə bu 44 faiz təşkil edirdi. Yaranmış bu vəziyyətə “ilk qadın tənəzzülü” adı verilib ki, bu da son onillikdə gender bərabərliyi sahəsində əldə olunmuş irəliləyişi risk altına salıb. Belə ki, indi hər şey dünyanın bu epidemiyanın öhdəsindən nə qədər tez gələ biləcəyindən asılıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *