Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri bu məqsədlərlərlə istifadə edilir:
– Qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
– qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;
– peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;
– işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;
– işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;
– iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;
– əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.
Mənbə: sosial.gov.az
Bax:
Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?
İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlər hansı tutulmalara cəlb olunur?
İcra sənədlərinə görə tutulmalar necə hesablanır?
Vətən müharibəsi qəhrəmanları gəlir vergisindən azad olunub
POS-terminaldan istifadədən yayınmağa görə tətbiq olunan sanksiyalar
Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması