fbpx

İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

               İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları attestasiya

Əmək bazarı emek

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, tərkibi azı beş nəfərdən ibarət olan attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu əsasında qəbul etməlidir.

Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edənlər məhkəməyə müraciət edə bilərlər.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. İştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirməyin vacibliyi qeyd edilib.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email
error: Content is protected !!