2024-cü il üçün istehsalat təqvimi – şərhlərlə

posted in: Xəbər | 0
birbank biznes

Vaxt norması və istehsalat təqvimi

15 dekabr 2023-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş vaxt norması və istehsalat təqvimi 2024-cü il üçün iş, istirahət və bayram günləri, habelə vaxt norması haqqında məlumatları özündə əks etdirir. Onun vasitəsi ilə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə də məlumat almaq olar. Ümumiyyətlə, istehsalat təqvimi, şərhlərlə birgə, hər növbəti il üçün cari ilin sonuncu ayında qeyd edilən qurum tərəfindən hazırlanır, təsdiq edilir və dərc olunur.

Vaxt norması və istehsalat təqvimi mühasibat və kadr işçiləri üçün əvəzsiz vasitədir. Ondan:

Əlavə edilmiş şərhlərlə birgə vaxt norması və istehsalat təqvimi 2024-cü ildə edilmiş dəyişikliklərlə ƏƏSM-nin saytında yerləşdirilib.

Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir (228×8 + 11×7 = 1901 saat).

2024-cü ilin istehsalat təqvimi

Bu sənəddə iki istirahət günü olan beşgünlük iş həftəsi üçün iş günlərinin və istirahət günlərinin sayı göstərilib. Hər bir mühasib və ya HR işçisi üçün vacib olan istehsalat təqvimi 2024-cü ildə iş günləri, həftə sonları və bayram günlərinin sayı, iş vaxtı normaları, habelə peşə bayramları haqda məlumatları özündə əks etdirir. Onun hazırlanmasında məqsəd Əmək Məcəlləsinin 89 və 96-cı maddələrinin tətbiqi zamanı uçot işçilərini müvafiq normativ-hüquqi sənədlərlə təmin etməkdir.

Bundan başqa, istehsalat təqvimi 2024-cü il üçün hazırlanarkən  AR NK-nin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli və “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447 nömrəli qərarları nəzərə alınıb.

2024-cü ilin fevral ayı 29 təqvim günündən ibarət olduğu üçün il 366 təqvim günüdür.

İstehsal təqvimi 2024-cü ilin “qırmızı” tarixləri ilə əlaqədar iş günlərinin yerlərinin dəyişdirilməsini uçot işçilərinə xatırladır, təqvimdəki məlumatların nüansları, sənədə əlavə edilən şərhlərdə izah edir.

2024-cü il üçün istehsalat təqvimini və vaxt normasını buradan yükləyin.

2024-cü ildə iş günü sayılmayan bayramlar

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi bayram günlərinin tərkibini müəyyən edir. Məcəllədə ilə 15 bayram müəyyən edilib ki, bunlarda 12-si iş gün hesab edilmir.

AR ƏM-ni, habelə AR NK-nın yuxarıda qeyd edilən qərarları nəzərə almaqla, 2024-cü il üçün istehsalat təqvimində aşağıdakı bayramlar iş günü deyil:

1, 2 Yanvar     Yeni il bayramı;

8  Mart           Qadınlar Günü;

20, 21, 22, 23, 24 Mart     Novruz bayramı;

10, 11 Aprel    Ramazan bayramı;

9  May            Faşizm Üzərində Qələbə Günü;

28 May           Müstəqillik Günü;

15 İyun           Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

26 İyun           Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

16, 17 İyun     Qurban bayramı;

8 Noyabr         Zəfər Günü;

9  Noyabr        Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr       Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2024-cü ilin istehsalat təqvimində digər qeyri-iş günləri

Habelə Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2023-cü il 7 dekabr tarixli Sərəncamına əsasən 2024-cü ilin 7 fevral tarixi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü elan edilmişdir. Odur ki, Məcəllənin 105-1-ci maddəsinə uyğun olaraq həmin gün iş günü hesab edilmir.

Hər il yanvarın 20-si ümumxalq hüzn günüdür. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü olan bu gün iş günü hesab edilmir. 

İş və istirahət günlərinin yerdəyişməsi

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, istirahət günü qeyri-iş günü ilə üst-üstə düşərsə, istirahət günü istirahət günündən sonrakı iş gününə keçirilir.

Həmin maddənin 6-cı hissəsinə görə isə Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşərsə, növbəti iş günü istirahət günü hesab olunur.

Müvafiq qurumlar tərəfindən istehsalat təqvimi hazırlanarkən 2024-cü ildə belə üst-üstə düşmələr nəzərə alınmış, iş və istirahət günlərinin yerdəyişmələri təqvimdə müvafiq qaydada əks etdirilib.

Auditin əsasları. Auditin məqsəd və vəzifələri. Auditor fəaliyyəti

Print Friendly, PDF & Email