İstehsalat təqvimi
Respublikamızda iş vaxtının uçotu, iş və istirahət günlərinin bölüşdürülməsi qrafikinin zəruriliyi qanunla müəyyən olunub. Bu zaman iş qrafikinin yaradılmasının müəyyən aspektlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar nəzərə alınır. Bu məqsədlə insan resurslarının idarə edilməsi ilə məşğul olan mütəxəssislərin gündəlik istifadə etdiyi belə sənədlərdən biri istehsalat təqvimidir.
İstehsalat təqvimi – iş, istirahət və bayram günlərinin həftə, ay və il üzrə faktiki bölgüsünü nəzərə almaqla, onların müəyyən bir təqvim ilində hesablanması sistemidir |
İstehsal təqvimi iş vaxtına nəzarət və onun idarə edilmişi üçün faydalı bir vasitədir. Təqvim:
- iş proseslərinin planlaşdırılması;
- əmək resurslarından optimal istifadəyə;
- müəssisənin məhsuldarlığını artırmağa kömək edir.
İstehsalat təqvimi haqqında daha geniş məlumatı buradan ala bilırsiniz.
İş vaxtı
“İş vaxtı”, “iş vaxtının rejimi”, “iş vaxtının uçotu” kimi anlayışlar Əmək Məcəlləsinin dördüncü bölməsində şərh olunur. Məcəllənin 89-cu maddəsinə görə “Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.”
Gündəlik işin müddəti, onun başlama və bitmə vaxtı, işdə fasilələr daxili əmək qaydaları, əmək və kollektiv müqavilələr ilə müəyyən edilmiş şərtlərə uyğun təyin olunur. Qanunvericiliyə əsasən gündəlik normal iş vaхtının müddəti 8, həftəlik normal iş vaхtının müddəti isə 40 saatdan artıq olmamalıdır.
Tam və natamam iş vaxtının əsas xüsusiyyətləri haqqında bu məqalədə daha geniş məlumat verilib.
İş vaxtına istehsal təqvimi vasitəsi ilə nəzarət
İstehsalat təqvimi iş vaxtına nəzarət vasitəsi kimi effektli alətdir. O, müəssisənin fəaliyyətini planlaşdırmağa, resursları düzgün istifadə etməyə və işçilərin iş vaxtını idarə etməyə imkan verir. Bunlar isə öz növbəsində işçilərin hüquqlarının qorunması, habelə əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi üçün vacibdir. Bu isə öz növbəsində maliyyə sanksiyaları, cərimələr, məhkəmə çəkişməsindən qaçmaq deməkdir. Nəticədə, vaxt və maliyyə itkilərinin qarşısı alınır. Aşağıda istehsalat təqvimini nəzarət aləti kimi şərh edən bir neçə nümunə verilib.
İş günləri və istirahət günlərinin tənzimlənməsi
İstehsalat təqvimi iş, istirahət və bayram günlərini müəyyənləşdirir;
Necə nəzarət olunur:
- təqvimdə iş günləri və qeyri-iş günləri dəqiq şəkildə qeyd olunub;
- iş vaxtına uyğun olaraq istirahət günlərinin balansı təmin edilir.
Fayda: işçilərin yorğunluğu azaldılır, istirahət vaxtı ilə iş vaxtı arasında balans qorunur.
Növbəli iş rejimlərinin idarə olunması
Təqvim növbəli iş rejimlərində işçilərin növbələrini izləmək və koordinasiya etmək üçün əsas rol oynayır.
Necə nəzarət olunur:
- hər bir işçinin iş saatları və növbələri təqvimdə qeyd edilir;
- təqvimdəki növbə cədvəlləri ilə faktiki işlənmiş saatlar müqayisə olunur.
Fayda: işçilər arasında növbələrin ədalətli bölgüsü təmin edilir, növbələr arası üst-üstə düşmələr və fasilələr idarə olunur.
Əlavə iş saatlarının qeydiyyatı və onlara nəzarət
İstehsalat təqvimi əlavə iş saatlarını izləmək üçün vasitə rolunu oynayır.
Necə nəzarət olunur:
- təqvimdə normadan artıq işlənən saatlar qeyd olunur;
- əlavə işlərin qanunvericiliyə uyğun olub-olmadığı yoxlanılır.
Fayda: işçilərə əlavə iş üçün düzgün ödənişlər təmin edilir, normadan artıq işlərin səbəbləri analiz edilir və optimallaşdırılır.
Məhsuldarlığın artımına üçün nəzarət
Təqvim vasitəsilə iş vaxtı məhsuldarlığa uyğun optimallaşdırılır.
Necə nəzarət olunur:
- gündəlik və aylıq istehsalat hədəfləri qeyd edilir.
- faktiki işlənmiş vaxt və görülən işlər arasında uyğunluq yoxlanılır;
Fayda: işçilərin vaxt itkisi minimuma endirilir, istehsalat hədəflərinə çatmaq üçün iş vaxtından daha səmərəli istifadə olunur.
Qısaldılmış və xüsusi iş rejimlərinin idarə olunması
İstehsalat təqvimi qısaldılmış iş günlərinin və xüsusi rejimlər istehsalat təqvimində idarə olunmasında istifadə edilə bilər.
Necə nəzarət olunur:
- təqvimdə qısaldılmış iş günləri və xüsusi hallara uyğun iş rejimləri göstərilir;
- hər bir işçinin həmin günlərdə çalışdığı vaxt təqvimlə müqayisə edilir.
Fayda: işçilərin qanuni hüquqlarına uyğun iş saatları tənzimlənir.
Elektron sistemlərdən istifadə
Müasir müəssisələrdə istehsalat təqvimi elektron nəzarət vasitələri ilə inteqrasiya olunur.
Necə nəzarət olunur:
- təqvim ERP (Enterprise Resource Planning) və ya HRM (Human Resource Management) sistemlərində tətbiq olunur;
- elektron cədvəllər vasitəsilə real vaxt rejimində iş saatları izlənilir.
Fayda: mümkün insan səhvlərinin qarşısı alınır, şəffaflıq artır və hesabatlar avtomatik olaraq tərtib olunur.
İş vaxtı itkilərinin analizi
İstehsalat təqvimi iş vaxtı itkilərini müəyyənləşdirmək üçün istifadə edilir.
Necə nəzarət olunur:
- planlaşdırılmış iş saatları ilə faktiki iş saatları arasında fərqlər təqvimə əsaslanaraq analiz edilir.
- səbəblər (gecikmələr, texniki problemlər və s.) təhlil olunur və tədbirlər görülür.
Fayda: vaxt itkisi azaldılır və işçilərin məhsuldarlığı artırılır.
Nəticə
Beləliklə, istehsalat təqvimi iş vaxtına nəzarət vasitəsi kimi:
- iş vaxtının planlaşdırılmasın və izlənilməsin təmin edir.
- növbəli iş rejimlərinin, əlavə işlərin və istirahət vaxtlarının idarə olunmasın asanlaşdırır.
- işçilərin məhsuldarlığını artırır və qanunvericiliyə uyğunluğu təmin edir.
- şəffaflıq və hesabatlılığı yüksəldir.
Sonda qeyd edək ki, istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün mövcud dövlət qaydaları və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla hazırlanır və təsdiq edilir. Təqvim müxtəlif sahələrdə, o cümlədən, kənd təsərrüfatı, sənaye, xidmət sektoru və s. geniş tətbiq olunur.