Kadr xidmətlərinin inkişaf tarixi (II hissə)

birbank biznes

Kadr xidmətlərinin inkişaf tarixi (II hissə)

I hissəyə nəzər yetirin

Personalın idarə edilməsi tarixi öz başlanğıcını İngiltərədən götürüb, burada bənnalar, dülgərlər, dəri ustaları və digər sənətkarlar gildiyada birləşirdilər (həmkarlar ittifaqlarının ilk qaranquşları), onların səyləri əmək şəraitinin, kollektivlərdə insan münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmişdi. Bu təşəbbüslər XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində sənaye inqilabının gəlişi ilə əhəmiyyətli dərəcədə inkişaf etmişdi. İstehsal miqyasının yüksəlişi və əmək şəraitinin təmin etmədiyi işçilərin davranışı, təşkilat rəhbərlərini müstəsna olaraq kadrlarla məşğul olacaq mütəxəssisləri işə götürməyə məcbur etdi.

Sənaye istehsalının vətənində – İngiltərədə onları rifah üzrə katiblər, ABŞ və Fransada isə ictimai katib adlandırırdılar.

Texnologiyada dəyişikliklər, müəssisələrin sayının artımı, həmkarlar ittifaqlarının inkişafı, işçilərin işinə dövlətin müdaxiləsi – bütün bunlar kadrla məşğul olan qurumların (şöbələrin, xidmətlərin) yaranmasına və inkişafına təkan vermişdi. İlk belə bir şöbənin meydana çıxmasını göstərən dəqiq bir tarix yoxdur, ancaq, XX əsrin 20-ci illərində getdikcə çox sayda təşkilat işçilərlə rəhbərlik arasında yaranan münaqişələrə diqqət yetirməyə və onları həll etmək üçün nəsə etməyə çalışırdı.

1920 – 1960-cı illərdə iş gününü, yeniyetmələrin, qadınların əməyini nizama salan əmək qanunları meydana çıxırdı. Personala diqqət əhəmiyyətli dərəcədə artırdı, bunun səbəbləri aşağıdakılardır:
  • İqtisadi rəqabət. Yalnız məhsulun keyfiyyəti ilə bağlı deyil, həm də işçi qüvvəsinin keyfiyyəti ilə əlaqəli sual qarşıya çıxırdı. Məhz, bu dövrdə personalın inkişafı və təliminə pul yatırmağa başlayıblar.
  • İdarəetmə mədəniyyətinin ümumi səviyyəsi əhəmiyyətli şəkildə yüksəlmişdi. Bu, idarəetmə elminin inkişafı ilə bağlı idi.
  • Həmkarlar ittifaqlarının yaranması. İşçilər öz maraqlarını birgə müdafiə etmək üçün qruplarda birləşirdilər.
  • Elmin inkişafı. Yeni idarəetmə nəzəriyyələri, motivasiya nəzəriyyələri və s. meydana çıxırdı. Meyo və Hiks nəzəriyyələri işlənib hazırlanırdı, amma, onlar elə də geniş yayılmadı.

Eyni zamanda həmin vaxtlarda insan münasibətləri məktəbi, nəzəriyyələri inkişaf etdirir, kadr idarəetməsinin sosial və psixoloji problemlərinə diqqət yetirirdi. İş şəraiti, rəhbərlik tərzi, təşkilati mədəniyyət kimi parametrlərin işin səmərəliliyinə təsiri öyrənilirdi. Əməkdaşların motivasiyası məsələlərinə çox diqqət yetirilirdi.

Ötən əsrin 60-cı illərində və hazırkı zamanda – insan münasibətləri məktəbi inkişaf edir, onun yanaşmasına görə insana işində kollektivdə qarşılıqlı münasibətlər, iş şəraiti, hər hansı bir qrupa mənsubiyyəti və bu qrupdakı statusu böyük təsir göstərir. Kadrlar xidmətinin rəhbərləri təşkilatlarda ikinci şəxsə çevrilməyə başlayıblar.


Print Friendly, PDF & Email