Kiçik biznesin çiçəklənməsi üçün yeni texnologiyalardan necə istifadə etməli?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

“Forbes” və “Cox Business” bu yaxınlarda əməkdaşlarının sayı 5 – 15 nəfər təşkil edən kiçik müəssisələrin 300 rəhbərini əhatə edən bir tədqiqat həyata keçirib. Nəticələr göstərib ki, respondentlərin 31 faizi texnoloji ehtiyacların dəyişməsini şirkət üçün ən vacib çağırışlardan biri kimi qiymətləndirib. Sorğuya alınanların iyirmi faizi etibarlı və daimi IT dəstəyi ilə əlaqəli axtarışlar zamanı çətinliklərlə üzləşib.

Biznes sahibləri yeni texnologiyaları tətbiq etməlidirlər. Çünki bu, biznesdə uğurun ayrılmaz bir hissəsidir. Onlar iddia edirlər ki, texnologiya onlara pula qənaət etməyə, müştərilərə daha yaxşı xidmət göstərməyə və mühasibat uçotunu təkmilləşdirməyə kömək edir.

Lakin tədqiqat onu da göstərib ki, hazırkı dönəmdə IT kompüteri düzəltməkdən daha çox şey deməkdir.

  • Yeni biznes modelindən uğurla istifadə edən biznes sahiblərinin 30 faizi mühasibat uçotu və əməkhaqqı fondu üçün proqram təminatının effektivliyini qeyd ediblər;
  • 29 faizi yeni avadanlıq haqqında eyni şeyi söyləyiblər;
  • 25 faiz CRM kimi tanınan müştəri məlumatlarının idarə edilməsi proqramının effektivliyini təsdiqləyib.

“CompTIA”nın tədqiqat və bazar kəşfiyyatı üzrə baş vitse-prezidenti Tim Herbert deyib ki, “on il əvvəl texnologiyadan kitabları saxlamaq üçün istifadə olunurdu. İndi bu, müştərilərlə qarşılıqlı əlaqəyə, logistika idarəçiliyinə və hər şeyə təsir edir”.



Ehtiyaclarınızı dəyərləndirin

Texnologiyaları tətbiq etməzdən əvvəl şirkətinizin zəif yerlərini müəyyən etmək vacibdir. Bu, müsbət təsir əldə etmək üçün nəyin inkişaf etdirilməsi lazım olduğunu başa düşməyə kömək edəcəkdir.

8 nəfərdən ibarət anti-böhran idarəçiliyi firması olan “Red Banyan Group”un rəhbəri Evan Nierman söyləyib ki, iş saatlarını hesablamaq üçün elektron cədvəl doldurmağa çox vaxt sərf edib. Bəzi araşdırmalardan sonra o, vaxt və xərcləri izləməyə kömək edən bulud əsaslı proqram olan “ClickTime”ı axtarıb tapıb. İndi bu, biznesin ayrılmaz hissəsidir.

Bəzi şirkətlərdən ötrü texnologiya ehtiyaclarını qiymətləndirmək üçün müstəqil mütəxəssislərdən istifadə etmək daha faydalı ola bilər. Belə bir audit üçün təxminən iki gün ayırmaq lazımdır. Bütün elementləri yoxlamaq lazımdır: avadanlıq və proqram təminatı, şəbəkələr, təhlükəsizlik. Yaxşı bir texnologiya məsləhətçisi bu yoxlamanı pulsuz olaraq həyata keçirməyə hazır olacaq.


Müəssisənin mühasibat uçotunun təşkili


Texnologiyaların tətbiqi üzrə rəhbər işçi təyin edin

Texnologiya digər insanlar onun funksionallığına cavabdeh olduqda daha yaxşı işləyir. Bu işi həll edilməli olan problemli məsələlərlə mühasibat, mühasib peşəsi rəqəmsal iqtisadiyyat,tanış olan etibarlı bir əməkdaşa həvalə etmək daha yaxşıdır. Bu vəzifəni yerinə yetirmək üçün sadəcə IT mütəxəssisi yox, təcrübəli bir əməkdaş lazımdır.

“Biz işimizi daha səmərəli və rasional yerinə yetirməyimizə kömək edəcək texnologiyalar axtarırıq” – şirkətin direktoru belə deyib.

Yuxarıda qeyd olunan “Red Banyan Group”la bağlı vəziyyətdə, biznesin digər aspektləri ilə birlikdə texnologiyanın tətbiqinə nəzarət etmək üçün bir əməliyyat meneceri işə götürülmüşdü. O, şirkətlərlə əlaqə saxlayır, proqram təminatını sınaqdan keçirir və proqram təminatının quraşdırılmasını idarə edir.

Yalnız hansısa yeni bir cihaz buraxılıb deyə, onu satın almağa gərək yoxdur. Şirkət yalnız investisiyalardan mənfəət əldə etməyi gözlədikdə, yeni texnologiyaları əlavə edə bilər. Problemli məsələni həll etmək üçün texnologiyanı modernləşdirmək lazımdır.


Print Friendly, PDF & Email