Azərbaycanda könüllü vergi bəyanetməsi artıb

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarında aparılan islahatlar və bu sahədə inzibatçılığın gücləndirməsi hesabat ilində könüllü bəyanetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, 2019-cu ildə vergilərin və digər icbari öhdəliklərin könüllü bəyanetmə səviyyəsi (verginin əsas məbləği üzrə ümumilikdə istehsal hesablanmış vəsaitin tərkibində vergi ödəyiciləri tərəfindən müəyyən edilmiş vəsaitlərin xüsusi çəkisi) əvvəlki illə müqayisədə faiz ifadəsində 6,5 faiz bəndi, mütləq həcmdə isə 1 156 min manat (18,9%) məbləğində artaraq 7 290 min manata yüksəlib ki, bu da son illər real sektor üzərində vergi inzibatçılığının inzibati tənzimlənmənin yumşaldılması ilə kifayət qədər təkmilləşdirildiyindən xəbər verir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email