Fəaliyyət dayanan zaman mal qalığının silinməsi üçün necə və hara müraciət etməli?

posted in: Vergi, Xəbər | 0

mal qalığıSual: Mən 2017-ci ilin mart ayının 10-dək sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərmişəm. 2017-ci ilin mart ayında sahibi olduğum mağaza dövlət ehtiyacları üçün alınması haqqında göstərişlə bağlı sökülüb. Mən bu barədə vergi orqanlarına xəbər verib nəzarət-kassa aparatını təhvil verib fəaliyyətimi dayamdırmışam. Sualım budur ki, mağazada olan mal qalığının silinməsi üçün hara müraciət etməliyəm?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda vergi orqanına təqdim olunan “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış”ın “Mal qalığı” adlı 4.5.1-ci sətrində fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin qalıq dəyəri (manatla) göstərilir. Eyni zamanda, vergi ödəyicisi bu vergi üzrə fəaliyyətin dayandırılması ilə əlaqədar “Sadələşdirilmiş verginin bəyannaməsi”ni Əlavələri ilə birlikdə təqdim etməli və bəyannamənin 1 saylı əlavəsinin “Mallar” adlı 1.3.2-ci sətrində hesabat dövrünün sonuna sütununda müvafiq məlumatları əks etdirməlidir. Həmçinin, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq Maliyyə Nazirliyinin vəzifələrinə aid edildiyindən aktivlərin silinməsi ilə bağlı ətraflı məlumat əldə etmək məqsədi ilə aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanlarla bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinəmüraciət edə bilərsiniz.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nə Əlavə №– 1-in (Fiziki şəxslər üçün) doldurulması Qaydası”, Vergilər Nazirliyinin 12.01.2016-cı il tarixli əmri ilə təsdiq edilmiş «Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış» formasının doldurulması Qaydası”, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *