Maliyyə-mühasibat üzrə təcrübə proqramı – Müraciət üçün son gün!

birbank biznes

təcrübə“Aztelekom” tələbələr üçün “2018 Yay Təcrübə Proqramı”na start verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ali təhsil müəssisələrinin III və IV kurs tələbələrini “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

3 ay müddətində (iyun, iyul, avqust) nəzərdə tutulmuş proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri “Aztelekom”un iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlər “Aztelekom” MMC-nin informasiya texnologiyaları, radiotexnika-telekommunikasiya, insan resurslarının idarə edilməsi, maliyyə-mühasibatlıq, satış və marketinq sahələrində təcrübə keçmək imkanına malik olacaqlar.

“Aztelekom” MMC-nin “2018 Yay Təcrübə Proqramı” Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti tələbələrı arasında pilot layihə olaraq 30-35 nəfər tələbəni əhatə edəcək. Proqramda iştirak etmək üçün müraciətlər CV əsasında 4 iyun 2018-ci il tarixinə qədər ünvanı vasitəsilə qəbul olunacaq. Məktubun mövzusunda “Yay təcrübə proqramı” sözlərinin qeyd olunması zəruridir.

Qeyd edək ki, təcrübədə iştirak edən və yekunda dəyərləndirmə aparıldıqdan sonra nəticəsi yüksək olan tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və gələcək potensial kadrlar statusunda saxlanılacaq.

Proqram başa çatdıqdan sonra bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiq edən sənəd təqdim olunacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email