Mallar dəyərindən aşağı satıldıqda ƏDV necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

mallar ƏDV EDV işsizlikdən sığorta MaddiSual: Müəsissə 10 ildir istehsal fəaliyyətini dayandırıb. Hal-hazırda müəsissədə 10 ilə yaxın anbarda qalaraq müəyyən keyfiyyətini itirmiş mal alış qiymətindən aşağı satılır. Vaxtilə alınmış mallar üzrə ƏDV əvəzləşdirilmişdir. İndi satış olunarkən alış dəyəri ilə satış dəyərindəki fərq ƏDV-ə cəlb edilməlidirmi? EDV

Məsələn 1180 (1000+ 18% ƏDV) manat alınan material 590 ( 500+18% ƏDV) manata satılarsa Əlavə Dəyər Vergisi necə hesablanır? 159.5 maddəsi tətbiq olunur?

Cavab: ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə Dəyər Vergisi nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Bununla belə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəalarına əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilərin hesablanması zamanı artıq bazar qiymətləri tətbiq olunmalıdır. Bundan başqa, endirimli qiymət Əlavə Dəyər Vergisi ödəyicisi tərəfindən satılan mala görə ödənilən və əvəzləşdirilən vergi məbləğindən aşağı olduqda da bazar qiymətləri nəzərə alınmalıdır.

Mənbə: taxes.gov.az


Həmçinin bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV mallar
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *