Malların əskik gəlməsi və ya xarab olması Mənfəət bəyannaməsində xərc kimi nəzərə alına bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Malların əskik gəlməsi Sual: Fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, oğurlanması ƏDV-nin vergitutma obyektidir (əgər ödənilmiş ƏDV əvəzləşdirilmişdirsə). Bəs gəlir və mənfəət vergisi məqsədləri üçün necə? Bu əməliyyatlar vergitutma obyekti sayılırmı? Onların dəyəri gəlirdən çıxılan xərclərə daxil edilirmi?

Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik qəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir. Malların əskik qəlməsi əsaslandırılmadıqda bu malların bazar qiyməti gəlir, alış qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 108-ci və 130.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email