Mədən vergisinin ödəyiciləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Faydalı qazıntıların istehsalçıları və mədən vergisinin ödəyiciləri arasında hansı əlaqə var? Yerin təkinin istehsalçılarının vergi öhdəlikləri necə icra olunur? Bu və bu kimi digər sualların cavabını məqalədən tapmaq olar.

Faydalı qazıntı istehsalçılarında vergi ödənişi

Respublika ərazisində yerin təkindən, o cümlədən Xəzərin ölkəmizə mənsub hissəsindən çıxarılan faydalı qazıntılara görə, yerin təkindən istifadə edənlərə mədən vergisi tətbiq edilir.

Bu vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin XVI fəslinin müddəaları əsasında alınır və dövlət vergi sisteminin tərkib hissəsidir.

Respublikamızın ərazisi faydalı qazıntılarla zəngindir, demək olar ölkə boyu yerin təki bu və digər formada istifadə edilir. Xüsusilə Xəzər dənizinin (Xəzər gölünün) AR-na aid olan hissəsində onların çıxarılması intensiv həyata keçirilir. Mədən vergisi sözügedən əməliyyatlar yerinə yetirilən zaman tutulur.

Quru və su ərazisi olmasının fərqi yoxdur, həmin ərazidə faydalı qazıntılar çıxarılırsa, bunlar mədən vergisinə cəlb olunur. Yerin təkindən çıxarılan və vergiyə cəlb olunan qazıntılara bunları nümunə göstərmək olar:

  • xam neft;
  • təbii qaz;
  • filiz və qeyri-filiz

Məcəlləyə 2002-ci ilin yanvar ayından qüvvəyə minən dəyişikliklərə qədər mədən vergisinin ödəyicilərinin müəyyən hissəsi vergini yerli büdcəyə ödəyirdi. Hazırda bu ləğv olunub, ödəniş yalnız dövlət büdcəsinə edilir.

Verginin ödəyiciləri

Respublikamızda yerin təkinə mülkiyyət hüququ Azərbaycan Respublikasına məxsusdur, ondan istifadə müvafiq qanunvericilik aktı – Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun 8-ci maddəsi yer təkinin istifadəçiləri ola biləcək şəxslərin əhatəsini müəyyən edir. Buraya qanunvericiliyə uyğun icazə almış aşağıdakı şəxslər aid edilir:

  • yerli hüquqi və fiziki şəxslər;
  • xarici ölkələrin hüquqi və fiziki şəxsləri.

Mədən vergisi faydalı qazıntıların hasilatı üçün tutlur. Mədən vergisinin ödəyiciləri yer təkinin istifadəçiləri kimi tanınan müəssislər və fiziki şəxslərdir (maddə 214). Vergi yerin təkinin istifadəçisi tərəfindən AR ərazisində çıxarılan mineral xammalın, neftin, yeraltı suların və digərlərinin hər bir növü üçün ayrıca ödənilir.


Sahibkarlıq fəaliyyətinizin qeydiyyatında çətinlik çəkirsiniz? Biz kömək edərik!


Yerin təkindən çıxarılan faydalı qazıntılara tətbiq edilən vergi dərəcələrindən asılı olaraq mədən vergisi ödəyicilərini aşağıdakı kimi fərqləndirmək olar:

  • topdansatış qiymətlərə görə vergi ödəyənlər;
  • hər kubmetr üçün ödəniş edənlər.

Hər bir qrup üçün yerin təkindən çıxarılan faydalı qazıntıların növü Məcəllənin 216.1 və 216.2 maddəsində verilib.

Vergi öhdəliyinin icrası

Mədən vergisinin ödəyiciləri hasil edilən faydalı qazıntıların hər növü üzrə vergi dövrünün nəticələrinə əsasən vergi hesablayır və ödəyir. Vergi dövrü bir təqvim ayıdır. Ödəniş və vergi bəyannaməsinin təqdim edilməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq həyata keçirilir. Vergi dövlət büdcəsinə köçürülür.

Qaydalara uyğun hesablanan vergi məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir (VM, maddə 119).

Vergi öhdəliyinin icrası zamanı faydalı qazıntılar üçün topdansatış qiyməti aşağıdakı qaydalara uyğun təyin edilir:

  • dövlət tərəfindən tənzimlənən qiymətlər;
  • mədən vergisinin ödəyicilərinin əlavə dəyər vergisiz müəyyən etdiyi satış qiyməti.

Sonuncu halda faktiki satış (buraxılış) qiyməti bazar qiymətlərindən aşağı olmamalıdır.

Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparılma tarixi faydalı qazıntıların çıxarıldığı vaxt hesab olunur.


Print Friendly, PDF & Email