Gəlirdən çıxılan xərclər mənfəət bəyannaməsində necə qeyd edilməlidir?

posted in: Uncategorized, Xəbər | 0
birbank biznes

mənfəət bəyannaməsiSual: Sualım Vergi Məcəlləsinin 109.2 və 109.3 maddəsində qeyd edilən gəlirdən çıxılmayan xərclərlə bağlıdır. Biz mənfəət bəyannaməsini hazırlayarkən həmin xərcləri gəlirdən çıxılan xərclər hissəsində qeyd etmirik, bu mənfəət bəyannaməsinin 250-ci maddəsində qeyd edilir və bu məbləğlər bəyannamənin Əlavə 2-də harada qeyd edilir?

Digər aktivlər yoxsa bölüşdürülməmiş mənfəət hissəsində qeyd edilirmi? Əgər orada qeyd edilirsə həmin məbləğ gələcəkdə dividend kimi tanınanacaqmı və ya o məbləğ üçün gələcəkdə hər hansı bir vergi öhdəliyi yaranacaqmı? Misal üçün müəssisə ləğv olunarkən və ya növbəti illərdə vergi öhdəliyi yarana bilərmi?

Cavab: Məlum olduğu kimi, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddəsində göstərilən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bildiririk ki, Gəlirdən çıxılmayan xərclərin “Mənfəət vergisinin bəyannaməsi”nin hər hansı Əlavəsində qeyd olunması nəzərdə tutulmamışdır. Qeyd edilən xərclər dividend kimi elan edilmədiyi halda hər hansı bir vergi öhdəliyi yaratmır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddələrinə əsasən müəyyən edilən xərclər “ Mənfəət vergisinin bəyannaməsi”ndə 1 nömrəli Əlavədə bölüşdürülməmiş mənfəətin silinməsi kimi qeyd edilə bilər.

“Mənfəət vergisinin bəyannaməsi”ndə Əlavə 2-də vergi ödəyicisinin xaricdə olan bank hesabları barədə məlumatlar qeyd edilir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və KTadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email