Amerikalı milyoner söyləyir:
– Arvadımla mən Amerikaya gələndə, bizim cəmi 2 sentimiz var idi. Biz iki çirklənmiş almanı aldıq, yuduqdan sonra 4 sentə satdıq. Sonra 4 alma aldıq və 8 sentə satdıq.
– Bəs sonra?
– Sonra mənim nənəm öldü və bizə 2 milyon dollar vəsait miras qoydu.
Bir yaşlı milyarder baba olmağı arzulayır. Bir dəfə o, özünün üç oğlunu və onların həyat yoldaşlarını bir araya toplayır və elan edir:
– Baxın, mənim uşaqlarım! Təəssüflər olsun ki, indiyə kimi heç biriniz övlad sahibi deyilsiniz. Nəslimiz kəsilməsin deyə, elan edirəm, öz vərəsəm olaraq, mənə ilk nəvə bəxş edən oğlumu təyin edəcəyəm. O şərəfə içirəm!
O, bokalı yerə qoymağa macal tapmamış, otaqda artıq heç kim qalmamışdı!