Təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, dəyəri 1000 manatdan yuxarı hədiyyəyə sahib olan fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.
Belə ki, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilib. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.
Vergi Məcəlləsinə uyğun olaraq, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 min manatadək olan hissəsi isə gəlir vergisindən azaddır.
Mənbə: vergiler.az
Bax:
Əcnəbi vətəndaşların əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu?
Xarici valyutada nizamnamə kapitalı
Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
Silinən debitor və kreditor borclarının vergi uçotu necə aparılır?
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi