Moskvada qadın-mühasibi qarət edən şəxs Almaniyada ələ keçirilib

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

mühasibAlmaniya hakimiyyət orqanları qarətdə iştirak edən 30 yaşlı Kirill Şumilovu Rusiya hüquq-mühafizə orqanlarına təhvil veriblər. Aralarında mühafizə xidmətinin əməkdaşı da olan qarətçilər mühasib qadına və qızına hücum ediblər və bir milyon rubldan çox vəsaiti oğurlayıblar. Barəsində hökm çıxarıldıqdan sonra Şumilov xaricə qaçmağa nail ola bilib.

Müəyyən edilib ki, Şumilov 2011-ci il iyunun 15-də üç nəfər tanışı ilə cinayət əlaqəsinə girib. Onlardan biri, xüsusi mühafizə xidməti müəssisəsində işləyən şəxs, mühasib-kassirin bir neçə müəssisənin işçilərinə əmək haqqı paylamaq üçün iri məbləğdə pul alacağı günü və vaxtı xəbər verib. Mühafizədə işləyən və onun şərikləri həmçinin qadının pul vəsaitlərini bankdan gözətçi olmadan alacağını ehtimal ediblər.

Qadın Moskvanın Leninskiy prospektində yerləşən banka öz şəxsi avtomobilində qızı ilə birgə gedib. Qarətçilər onları dövlət nömrə nişanı olmayan iki avtomobildə təqib ediblər.

Şumilov bankdan pulu alıb çıxan qadının qarxasınca gedib. Leninskiy prospektində 86 saylı binanın yanındakı “Perekrestok” mağazasının yaxınlığında, o və əlbir olduqları şəxslər qadının avtomobilinə hücum ediblər. Quldurlardan biri qadının oturduğu tərəfdən maşının qapısını açıb. Əlindəki kəlbətini göstərərək, onu ölümlə hədələyib, həmin şəxs bu zaman qızın qolundakı 15 min rubl dəyərində olan qolbağı da almağa müvəffəq olub.

Əlində kəlbətinlə qadının diqqətini yayındırdığından, dəstənin digər üzvləri avtomobildən pul olan çantanı və zərərçəkmişlərin şəxsi əşyalarını götürüblər. Onların ümumilikdə ələ keçirdikləri “qənimət” 1 milyon 278 min rubl təşkil edib.

Cinayət axtarışı əməkdaşları cinayətin planlaşdırılmasından əvvəlcədən məlumatlı olublarmış. O səbəbdən qarətçilərdən birini ələ keçirmək mümkün olub. Digər quldurlar isə qaçaraq aradan çıxa biliblər.

Oğurlanmış çantanı alaraq qaçan Şumilov və digər şübhəlilərin yeri tezliklə müəyyən edilib. Kirildən bir yerə getməmək barədə iltizam alınıb. Ona qarşı “bir qrup şəxsin əvvəlcədən əlbir olmaqla xüsusilə külli miqdarda əmlakın oğurlanması” maddəsilə cinayət işi qaldırılıb. Şumilovu 10 ilədək həbs cəzası gözləyirdi

Bu, bir epizodlu cinayət işinin istintaqı üç ilə yaxın çəkib. Yalnız 2014-cü il martın 25-də Moskva şəhərinin Çeremuşkinskiy rayon məhkəməsi Şumilov barəsində cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə 5,5 il müddətinə hökm çıxarıb. Lakin, Kiril məhkəmə hökmü çıxarılan gün zala gəlməyərək, qaçıb aradan çıxır. Onun barəsində axtarış elan edilir. Şumilov Almaniya ərazisində saxlanılır və o, Almaniyadan Rusiyaya ekstradisiya olunub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email