Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mənəvi dəstək. Depressiya bəzən işçinin nəzarətindən kənarda olan bir sahədə müvəffəqiyyətsiz olduğuna dair inancından yaranır. Yəni, hər şey çox pisdir və heç nəyi dəyişdirmək mümkün deyil. Bu vəziyyətdə fokusun gələcəyə yönəldilməsi kömək edir. Məsələnin həllinə optimal yanaşmanın işlənib hazırlanmasına öz yardımınızı təklif edin. Adətən depressiv əməkdaşlar belə bir dəstəyə minnətdarlıqla reaksiya verirlər: başqalarının onlara inanmağa davam etdiyini bilmək, əməkdaşlar üçün çox vacibdir.

4-cü səbəb. Uğursuzluqların düzgün qavranılmaması: “Başa düşmürəm, niyə heç nə alınmır”.

Elə olur ki, əməkdaşlar uğursuzluqların səbəblərini təhlil edə bilmir və nəticədə “yerinə yetirilməyən” tapşırıqlar qarşısında acizanə vəziyyət alırlar. Onlar ya ümumiyyətlə, niyə uğursuzluqlara düşdüklərini izah edə bilmirlər, ya da uğursuzluqların səbəbinin onların nəzarət zonasından kənara çıxdığına inanırlar. Əməkdaşa səbəb-nəticə amillərindən baş çıxarmaqda kömək edin. Çox vaxt insanlar darıxdırıcı bir iş görməmək üçün sadəcə bəhanələr tapırlar: onlar pis əhval-ruhiyyədən, ağır yüklənmədən və ya vaxt çatışmazlığından şikayətlənirlər və özlərinin yerinə yetirməli olduqları funksiyaları başqalarının üzərinə atmaq istəyirlər.

Detallı araşdırma. Tapşırıqları yerinə yetirməməsinin səbəblərini anlamaq üçün siz birlikdə işləməyə başladığınız zaman həm boş bəhanələr, həm də icraçının nəzarəti xaricində olan səbəblər ortaya çıxacaq. Məsələn, əgər əməkdaş uğursuzluqlarında öz həmkarlarını ittiham edirsə və ya özünün hansısa aradan qaldırılması mümkün olmayan hər hansı bir çatışmazlığından söz açırsa, onda bir rəhbər kimi sizin vəzifəniz – əməkdaşa vəziyyət üzərində nəzarəti geri qaytarmağa kömək edin. Fərdi iş strategiyası işləyib hazırlamaq, cari işləri planlaşdırmaq kimi işlərin zəruriliyini ona xatırladın.

Bu, qeyd olunan dörd üsul əməkdaşlarda işləmək istəyi və çalışdıqları işdən zövq almalarını geri qaytara bilən motivasiya tədbirləri, sizə uyğun təsiretmə strategiyası işləyib hazırlamaqda kömək edəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email