Müasir mühasibat uçotunun 5 mühüm prinsipi

Müasir mühasibat uçotu

  • Gəlir prinsipi

Bu prinsip mühasiblərin əməliyyatı kitablarda gəlir kimi yaza biləcəyi anı müəyyənləşdirir. Gəlir prinsipi, istənilən bir müəssisə üçün gəlirin satış nöqtəsində əldə edildiyini və qeyd olunduğunu bildirir. Bu, o deməkdir ki, gəlir satıcının sövdələşmə üçün nağd pul qəbul etdiyi anda deyil, alıcı satılmış mala və ya göstərilən xidmətə qanuni sahibliyə daxil olduğu zaman yaranır. Bu konsepsiyanı bəzi hallarda “gəlirin tanınması prinsipi” də adlandırırlar.

  • Xərclər prinsipi

Bu prinsip mühasibin əməliyyatı mühasibat kitablarında xərc kimi qeydiyyatdan keçirə biləcəyi zaman anını müəyyənləşdirir. Xərclər prinsipi və ya xərclərin tanınması prinsipi, xərclərin bir müəssisənin başqa bir müəssisədən mal və ya xidmətlər qəbul etdiyi anda meydana gəldiyini bildirir. Əslində bu, müəssisənin əməliyyatı nə vaxt hesaba qoymasından və ya ödəməsindən asılı olmayaraq, bir məhsulun alınması və ya xidmət göstərilməsində məsrəflərin meydana çıxması deməkdir.

  • Uyğunluq prinsipi

Uyğunluq prinsipi, hər bir gəlir maddəsini, xərc maddəsi ilə müqayisə etməli olduğunuzu bildirir. Məsələn, əgər siz tako (ənənəvi Meksika mətbəxi yeməyi) satırsınızsa, müştərinin həmin yeməyi aldığı anda onun qabığının, içinə qoyulan ət və digər inqrediyentlərin doldurulma xərclərini hesablaya bilərsiniz. Başqa sözlə desək, siz takoya çəkilən xərcləri belə bir satışdan əldə edilən gəlirlə müqayisə edirsiniz. Müəssisə gəlirin, xərclərin və uyğunluğun uçotu prinsiplərini praktikada tətbiq etdikdə, hesablama metodu ilə işləyir.

  • Məsrəflər prinsipi

Məsrəflər prinsipi deyir ki, siz mühasibat kitablarında məhsulun satış dəyərindən deyil, tarixi dəyərindən istifadə etməlisiniz. Məsələn, əgər sizin biznesiniz daşınmaz əmlak və ya nəqliyyat vasitələri kimi mülkiyyətdən ibarətdirsə, onlar daşınmaz əmlakın cari ədalətli bazar dəyəri kimi deyil, tarixi daşınmaz əmlak xərcləri kimi siyahıya alınmalıdırlar.

  • Obyektivlik prinsipi

Obyektivlik prinsipi deyir ki, yalnız dəyərlərin subyektiv ölçüsündən deyil, kitablarda faktiki, yoxlanıla bilən məlumatlardan istifadə etməlisiniz. Hətta, əgər subyektiv məlumatların yoxlanıla bilən məlumatlardan daha yaxşı olduğu görünsə belə, siz hər zaman təsdiq edilə bilən məlumatlardan istifadə etməlisiniz.


Bax: Bazar strukturunun növləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *