Avropada müəssisələrin vergidən yayınmaq imkanları daraldılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergidən yayınmaqAvropada müəssisələrin vergidən yayınmaq imkanları daraldılır


Avropa İttifaqı Şurası vergilər sahəsində çalışan məsləhətçilərin, hüquqşünasların və mühasiblərin üzərinə müştərilərin istifadə etdikləri aqressiv vergi sxemləri ilə bağlı yerli vergi orqanlarına məlumat vermək öhdəliyi qoymuşdur. Yerli orqanlar isə onlardan aldıqları informasiyaları hər rüb Aİ-yə üzv olan başqa ölkələrdəki həmkarları ilə bölüşəcəklər. «Yeni qaydalar vergi ödəməkdən yayınmaya qarşı mübarizə strategiyamızın əsas hissəsidir», – Aİ Şurasının açıqlamasında bildirilmişdir.

Həmçinin oxu: Bu ölkədə sosial şəbəkələrdən istifadə üçün vergi tutulur

Vergi məsləhətçiləri çirkli pulların yuyulmasına qarşı qanunvericilik bazasının zəif olduğu vergi tutulmayan və ya vergi dərəcələri aşağı olan yurisdiksiya və dövlətlərə ödənişləri əhatə edən aqressiv sxemlər haqqında məlumatları vergi orqanlarına ötürəcəklər. Vergi orqanlarını daha çox maraqlandıran məsələlərdən biri də vergi güzəştləri naminə həyata keçirilən sövdələşmələrdir. Bu sövdələşmələr zamanı eyni aktivlər üçün müxtəlif ölkələrdə güzəştlər əldə edilməklə transfert qiymətləndirmə qaydaları ciddi şəkildə pozulur.

Yeni direktivə əsasən, yalnız vəkillik sirrinə aid məlumatların açıqlanmasına icazə verilməyəcək. Aİ ekspertlərinin açıqlamasında o da göstərilmişdir ki, aqressiv vergi sxemləri haqqında məlumatın verilməsi heç də hər hansı əməliyyatın qanunsuz olması demək deyildir, lakin bu, vergi orqanlarının əməkdaşları üçün qanunsuzluqları aşkara çıxarmağa kömək edə bilər.

Yeniliklə bağlı Aİ-yə üzv ölkələr öz milli qanunvericilik aktlarında 31 dekabr 2019-cu ilə qədər müvafiq dəyişiklik aparmalıdırlar. Vergi ödəməkdən yayınmaya qarşı mübarizə məqsədi daşıyan məlumat mübadiləsi ilə bağlı yeni qaydalar isə 2020-ci ilin iyul ayının 1-dən qüvvəyə minəcək.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email