Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasib işinin səmərəliliyi 

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Uzunmüddətli planlaşdırma ilə bağlı prinsip istənilən mühitdə (kağız stikerlər, gündəliklər və s.) həyata keçirilə bilər. Lakin biz sizə ən optimal elektron alətdən, time management-dən – MS Outlook-dan istifadə etməyi tövsiyə edirik.

İntizam pəncərəsi

Outlook-da bütün işlərin siyahısını bir yerdə saxlamağa imkan verən xüsusi bölmə var. Tapşırıqlar üçün  xüsusi konfiqurasiya edilən kateqoriyalar (“00-Gün”, “01-Həftə”, “02-Ay”, “Nə vaxtsa”) bu və ya digər bir tapşırığın aktuallıq kəsb etdiyi zamanda onu sərbəst şəkildə müvafiq bölümə (məsələn, bu gün üçün “00-Gün” kateqoriyasına) köçürməyə imkan verir. Əməkdaş səhər işə gələndə həmin gün üçün lazım olan kateqoriyanı açır. Orada tapşırıqlardan ibarət olan tam siyahını görür. Eləcə də digər kateqoriyalardan olan tapşırıqları təhlil etməklə, onları yerinə yetirmək müddəti və ya imkanı yarandıqda, asanlıqla həmin tapşırıqları müvafiq bölümə köçürür. Tapşırıq (o cümlədən göndərilməsi lazım gələnlər) yerinə yetirildikdən sonra o, işlərin kateqoriyası üzrə siyahıdan çıxarılır. Lakin istənilən anda həmin tapşırıqlara xüsusi qurulmuş əlavələrdə yenə də baxmaq olar.

Beləliklə, iş yerini düzgün təşkil etmək bacarığı, tapşırıqları sürətlə yerinə yetirməkdə mühüm amildir. Diqqət strukturunu və resurslarınızı bölmək qabiliyyətiniz təkcə gününüzü daha realist planlaşdırmağa imkan vermir. Həmçinin kolleqalarınızla  işdə münasibətləri yoluna qoymağa, zaman kimi vacib resursdan  birlikdə düzgün istifadə etməklə bağlı onlarla razılığa gəlməyə imkan verir.

Hər bir mühasib öz işində bu yazıda vurğulanan yaddaş növləri və nümunə gətirilən işə yanaşma metodlarından istifadə etməklə, həm iş tapşırıqlarını sürətli və lazımi səviyyədə yerinə yetirə bilər, həm də kollektivdə nüfuz sahibi ola bilər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email