Mühasib peşəsini maraqlı edən 5 fakt

Mühasib peşəsini maraqlı edən 5 fakt

Mühasib

Mühasib peşəsi Belorusun əmək qabiliyyətli əhalisinin rəyinə görə darıxdırıcı peşələr siyahısında az qala liderlik edir. Rəqəmlər, hərflər, kağızlar – bir sözlə ətalət. Bu həqiqətənmi belədir? Mühasibat uçotu üzrə kursların müəllimləri qəti şəkildə deyilənlərin əleyhinədirlər və 5 faktın köməyilə mühasiblərin əməyi ilə bağlı təsəvvürləri təkzib etməyə hazırdırlar.
1№li fakt. Məntiqi düşüncənin inkişafı

Sudoku və yapon krossvordları belə sadə mühasibat təyinetmələrinin (müxabirləşmə) formalaşdırılması ilə müqayisə oluna bilməz. Əgər, kim üçünsə birinci – yalnız sərbəst vaxtı öldürməklə bağlı məşğuliyyətdirsə, ikinci, mühasiblər üçün – iş qaydasında müntəzəm olaraq yerinə yetirilən maraqlı tapşırıqdır.

2№li fakt. Bacarıqların təkmilləşdirilməsi

Bir çox adamlar üçün şübhəsiz ki, daim təkrarlanan eyni və oxşar iş, heç də maraqlı və əyləndirici deyil. Lakin məşhur “təkrar biliyin anasıdır” məsəlində deyildiyi kimi, bir il keçdikdən sonra mühasib işində siz, ən mürəkkəb tapşırıqları belə qısa vaxt ərzində həll etməyi öyrənəcəksiniz. Qeyd etmək lazımdır ki, bütün hesablaşmalar sizin beyniniz üçün əla məşqdir. Bu isə o deməkdir ki, bu sahədə əldə etdiyiniz bacarıqlar digər fəaliyyət sahələrində də sizin köməyinizə çatacaq.

3№li fakt. Real informasiya

Müəssisənin bütün sənəd dövriyyəsi mütləq şəkildə mühasibatlıqdan keçir. Bütün məlumatlar və rəqəmlər əlinizdə olduqda, eləcə də analitik təhlil əqlinə malik mütəxəssis şirkətin gəlirləri, ödəniş qabiliyyəti və inkişaf perspektivləri barədə dəqiq təsəvvürə malik olur. Əgər, şirkətin vəziyyəti kritik həddə yaxındırsa, bundan birincilər sırasında məlumatı olan şəxs mühasib olacaq və hətta o, bunu bəlkə də hamıdan əvvəl duya biləcək. O səbəbdən, bir növ sığortalanacaq və özünə zamanında daha stabil bir iş yeri axtaracaq.

4№li fakt. Ünsiyyətcillik

Bir iş günü ərzində mühasib demək olar ki, bütün iş bölmələrindən olan insanlarla əlaqədə olur və əməkdaşlıq etmək məcburiyyətində qalır. O səbəbdən, əgər ünsiyyətcil adamsınızsa, bu ünsiyyət sizə sevinc gətirəcək, belədə mühasib peşəsi sizə çox maraqlı gələcək. Həmkarlarınızla  əlaqə qurarkən, siz fikrinizi inamla müdafiə etmək, lazım gəldikdə isə imtina etmək bacarığına yiyələnəcək və istənilən həmsöhbətinizə qarşı yanaşma üsulu tapmağı öyrənəcəksiniz.

5№li fakt. Hərəkət azadlığı

Kənardan muzdla mühasib işə götürmək – kiçik və orta müəssisələr üçün yaxşı variantdır. O səbəbdən ixtisaslı mütəxəssis eyni zamanda bir neçə müəssisədə işləyə və məvacibini də özü müəyyənləşdirə bilər. Bundan əlavə, həm də öz biznesinizi qura bilərsiniz ki, bu zaman sizin əlavə mühasibə də ehtiyacınız qalmayacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *