Vakansiya: Mühasib – Resant Group

mühasib üzrə vakansiya, mühasib köməkçisi,Vakansiya: Mühasib (Otel).

İşəgötürən: Resant Group.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@resantgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 1000 – 1200 AZN.
Vakansiya barədə məlumat:
  • Otel mühasibinin qarşısında duran əsas vəzifələr otel rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
  • Mühasib otelin Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
  • Otelin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir.
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır.
  • Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün;
  • Əmək haqqı: 1000-1200 AZN.

Namizədə tələblər

  • Təhsil-Ali;
  • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
  • 1C , Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək;
  • Otel sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
Maraqlanan namizədlər mövzu yerində Mühasib yazmaqla öz CV-lərini hr@resantgroup.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email