Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

2-ci səhv. CV göndərənlərin hamısı ilə müsahibə aparılır
Kifayət qədər tez-tez, mühasib vəzifəsinə layiqli namizədi əldən buraxa biləcəyindən qorxan İnsan Resursları üzrə menecer CV göndərən hər kəsi müsahibəyə dəvət edir. Bu düzgün deyil! Öncə diqqətlə bütün CV-lərlə tanış olmaq lazımdır. Onlarda olan məlumatlar namizədlər haqqında çox söz deyə, bir çox şeylərdən xəbər verə və hətta onlar haqqında ilkin təəssürat yaratmağa belə kömək edə bilər.

CV-də yalnız nə yazıldığı deyil, həm də bunun necə edildiyi də çox vacibdir. Axı, ilk növbədə, mühasibdən tələb olunan hesablamaq bacarığı, savadlı olmaq və öz fikirlərini dəqiq ifadə etmək zərurətini ləğv etmir. CV-də yazılı nitqin keyfiyyəti insanın zehni potensialını göstərir. Savadlı və düzgün nitq onu göstərir ki, insan keyfiyyətli təhsil alıb və intellektual cəhətdən inkişaf edib ki, bu da mühasib vəzifəsi üçün az əhəmiyyət kəsb etmir.

CV ilə tanış olduqdan sonra namizədlərə telefon və ya e-poçt vasitəsilə dəqiqləşdirici suallar vermək lazımdır. Aydındır ki, telefon əlaqəsi zamanı namizədləri tam qiymətləndirmək mümkün deyil. Lakin insan haqqında müəyyən təəssürat əldə etmək olur. Bundan başqa, hətta telefon danışığından belə bir nəticə çıxarmaq olar ki, insan bu işdə nə qədər maraqlıdır. O, həmin vəzifə üçün nəzərdə tutulmuş funksional vəzifələri yerinə yetirməyə hazırdırmı?

Beləliklə, bütün bunları etmədən İnsan Resursları üzrə menecer, namizədlər haqqında mümkün qədər ətraflı məlumat əldə etmək və əvvəlcədən uyğun gəlməyən şəxsləri seyrəltmək imkanını əldən verir. İlkin qiyabi tanışlıq namizədlərin seçilməsi zamanı vaxt və səylərə xeyli qənaət edəcək.

3-cü səhv. Seçim müstəsna olaraq CV əsasında aparılır

CV – dən çox şey öyrənə bilərsiniz. Ancaq, bir insanı yalnız CV – də göstərilən məlumatlar əsasında işə götürmək səhvdir. CV-ni tərtib edərkən iş axtaranlar bir məqsəd güdürlər – özləri haqqında xoş təəssürat yaratsınlar. Buna görə də, çox vaxt qəsdən onların imicinə zərər verə biləcək məlumatları qaçırırlar.

Çox vaxt namizədlər CV-ni tərtib edərkən yalnız elanda vakansiyanın təsvirinə cavab verən əmək yolunun mərhələlərini göstərirlər. Məsələn, vakansiyaya iddiaçı yalnız mühasib kimi çalışdığı iş yerlərini göstərəcək və eyni zamanda mühasibata heç bir aidiyyəti olmayan vəzifələri isə qeyd etməyəcəkdir. Baxmayaraq ki, bu da əhəmiyyətli ola bilər.

Özünün böyük mühasibat təcrübəsini nümayiş etdirməyə çalışarkən, namizəd bunları şişirdə, əmək kitabçasında bununla bağlı qeydlərin olmamasını isə rəsmiləşdirilməyən işlə izah edə bilər. Amma əgər diqqətlə fikirləşsək, direktorlardan hər hansı biri müəssisənin maliyyə vəsaiti ilə əlaqəli olan bir əməkdaşın qeyri-leqal işləməsinə razı olmaz. Deməli, mühasib kimi çalışması barədə qeyd əmək kitabçasında hökmən qeyd olunmalıdır.

Bəzən bir namizəd, əksinə, mühasib kimi qısa iş təcrübəsini göstərir. Eyni zamanda bir çox bacarığının olduğunu, mühasibat və vergi uçotunun bütün məsələlərini tam şəkildə başa düşdüyünü söyləyir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email