Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

4-cü səhv. Əvvəlki işəgötürənlərdən tövsiyələri tələb etmək

Mühasibin seçilməsi zamanı bəzi şirkətlər əvvəlki işəgötürənlərdən və ya həmkarlarından tövsiyələr təqdim etməyi tələb edirlər. Çox güman ki, bu yolla onlar yalnız iddiaçı haqqında əlavə məlumat almaq yox, həm də namizədin nə dərəcədə güclü və ya hansı problemlərlə üzləşə biləcəyi barədə məlumat almaq istəyirlər.

Belə də deyə bilərlər axı:

  • Sizin əvvəlki iş yerinizdən tövsiyələriniz varmı?
  • Bəli, mənə orada yeni bir iş yeri axtarmağı tövsiyə etmişdilər…

Lakin keçmiş rəhbər və ya həmkarları onun qiymətləndirməsində, xüsusilə də onların baxışları uyğun gəlmədikdə, qeyri-obyektiv ola bilərlər.

5-ci səhv. Müstəsna olaraq təhsil əsasında seçim
Şübhəsiz ki, mühasib təhsilli insan olmalıdır. Ancaq təhsilin səviyyəsi və xarakteri bu vəzifəyə irəli sürülən namizədlə bağlı digər tələblərlə yanaşı nəzərə alınmalıdır.

Birincisi, unutmaq olmaz ki, təhsilin səviyyəsi heç də həmişə yüksək ixtisası nəzərdə tutmur. Axı, hətta ən nüfuzlu universitetdə oxumaq belə, heç bir halda mühasibin iş zamanı üzləşdiyi praktik bacarıqları ona verə bilməz.

İkincisi, iddiaçının təhsili mühasib vakansiyasına uyğun gəlməyə də bilər. Nə olsun ki, o, Taras Şevçenko adına Kiyev milli universitetinin coğrafiya fakultəsini və ya mühasibat uçotu ilə bağlı olmayan Avropa ali təhsil müəssisələrindən birini bitirib? Mühasib məsul vəzifədir və namizədin xüsusi təhsili olmalıdır! Amma bu, belə bir mütəxəssis seçərkən ən əsas meyar olmamalıdır.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email