Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Proqram kompleksləri, sistemlər müəyyən işləri eləcə də müstəqil şəkildə, avtomatik rejimdə yerinə yetirə bilər. Həmin işlər verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zərurət yarandıqda, iş şəraiti dəyişdirilə bilər. Üstəlik, bu seçimin müsbət cəhətlərindən biri də odur ki, bütün icra edilmiş funksiyalar sənədləşdirilir. Özü də bu prosesi texnika addım-addım qeydə alır.

“Outsourcer”lər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyətindən danışmağın özü belə yersiz olardı. Mühasibat firmalarında proqram təminatının seçilməsinə xüsusi diqqət yetirilir. “Outsourcer”in imkanları daha çox seçimin düzgünlüyündən asılıdır.

Mühasibat proqramları vahid, ümumqəbulolunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənirlər. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Böyük və ciddi şirkətlər daha çox klassik proqramları seçirlər. Mühasibat “outsourcer”ləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Bununla yanaşı, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün də imkanlar yaradır. Proqram sistemləri komponentlərin mürəkkəb quruluşuna görə fərqlənir. Bunlarda mühasibat uçotu çoxsaylı alt sistemlərdən yalnız biridir.

Profil mühasibatlıq proqramı 1C ilə məhdudlaşmır

Profilli mühasibat proqramları, “outsourcer” üçün mürəkkəb, “ağır”, çoxfunksiyalı, yeganə proqram təminatı deyil. Şirkətlərin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur.

Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericiliyə, valyuta məzənnəsinin dinamikasına və s. dəyişikliklərin izlənilməsində əl əməyini aradan qaldırmağa imkan verir. Əslində, bu kateqoriyadan olan vasitələr, istifadəçi adlandırılan genişləndirilimiş axtarışları həyata keçirməyə imkan verir ki, bu da həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də kompleks tətbiqləri əhatə edir.

Bulud mühasibatlığı

Mühasibatlıqda “outsourcer”in işi, bulud texnologiyalarından istifadə etmədən, demək olar ki, mümkünsüzdür. Sonuncular təkmilləşir, mürəkkəbləşir, getdikcə daha rahat, daha etibarlı olurlar.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email