Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Keyfiyyətli, effektiv mühasibat uçotu müasir texnologiyalar olmadan təsəvvür edilə bilməz. Klassik kağız və ya “anbar” mühasibatlığı adlandırılan mühasibatlıq tədricən keçmişdə qalır. Onun yerinə elektron sənəd dövriyyəsi gəlir. Mühasibat uçotu təkmilləşdirilir, maksimum dərəcədə avtomatlaşdırılır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.

İstənilən bir mühasibat şirkətinin işi əsasən elektronika və İT üzərində əlaqələndirilir. Əslində, belə bir firma kompüterləşdirilmiş kompleksdir və burada operatorların rolunda yüksək ixtisaslı mühasiblər çıxış edir. Onlar qanunvericilikdə son dəyişikliklərdən, funksional ixtisaslaşdırılmış proqram təminatı sahəsində innovasiyalardan xəbərdardırlar.

Müasir texnologiyalar nə verir?

Sahibkarlığın müəyyən subyektləri mühasibat uçotunun avtomatlaşdırılmasına tələsmirlər. Bu, aydındır, çünki işi köhnə qayda ilə aparmaq onlardan ötrü daha rahatdır. Yəni, belə demək mümkünsə, “ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər”. Lakin mühasibat məsələləri komplekslərinin kompüter emalı, biznesin müəyyən mənada irəliləməsinə imkan verir. Resursların səmərəsiz bölmələrinin işinin təmin edilməsinə nə qədər az vaxt sərf edilirsə,  inkişafa bir o qədər böyük diqqət ayrılır.

Profilli mühasibat şirkətləri fəal şəkildə öz fəaliyyətində müasir texnologiyalardan istifadə edirlər. Bu, onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, istənilən təşkilati-hüquqi forma üzrə müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyə imkan verir.

Mühasibat uçotunun aparılması zamanı müasir texnologiyaların tətbiqi əməliyyatların yerinə yetirilməsinin ardıcıllığını təmin edir. Bundan əlavə, müasir texnologiyalar informasiyanı operativ emal etməyə, effektiv təhlil etməyə, sistemləşdirilmiş və təhlükəsiz şəkildə saxlamağa imkan verir. Nəticədə, təsadüfi səhvlərin meydana gəlməsi, məlumatların itirilməsi riski əhəmiyyətli dərəcədə azalır. Məlumatların sızması məsələsi də unudulmamalıdır. Mühasibat uçotunun aparılmasının müasir texnologiyaları məxfi məlumatların etibarlı müdafiəsinə imkan verir.

Proqram kompleksləri və sistemləri necə işləyir?

Mühasibat firmasında qabaqcıl proqram təminatı funksiyaları ayırmaq imkanını təmin edir. Onların bir hissəsi personalın nəzarətində qalır. Müəyyən funksiyalar kompüter sisteminə daxil edilir. Sonuncu daxili nəzarətin öhdəsindən mükəmməl şəkildə gəlir. Bu sahəyə mütəxəssislərin cəlb edilməsi zərurəti aradan qalxır. Yüksək ixtisaslı mühasiblər kompüter texnikası üçün əlçatmaz olan daha mürəkkəb və aktual məsələləri həll edə bilərlər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email