Mühasibat uçotunda rəqəmlər təşkilatın idarə olunması üçün qərar verilmənin əsasıdır

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

“Mühasibat uçotunda rəqəmlərin özü deyil, onların nə deməsi mühümdür”, Robert Kiyosaki (amerikalı sahibkar, sərmayədar).

Bu gün mühasib ən çox tələb olunan peşələrdən biridir. İşəgötürənlərin bu peşənin nümayəndələrinə marağı təsadüfi deyildir. Qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir təşkilat mühasibat uçotu olmadan keçinə bilməz. Mühasibat uçotunun aparılması təşkilatın özünə də lazımdır. Mühasibat uçotu çərçivəsində mühasib təşkilatın fəaliyyətinə dair maliyyə hesabatını tərtib edir. Bu məlumat təşkilatın idarə edilməsi üzrə qərarların qəbulunda menecer üçün qiymətlidir, çünki bu, təşkilatın işində bir çox riskləri və çətinlikləri qabaqcadan görməyə imkan verir. İxtisaslı mühasib təşkilatda əsas fiqurlardan birinə çevrilir. O, informasiya agentidir, nəzarətçidir və təşkilatın idarə edilməsi üzrə qərarların qəbul edilməsində menecerin əsas köməkçisidir.

Xidməti vəzifə borcuna görə mühasib çox vaxt rəqəmlərlə işləməli olur və bunun təkcə nişan olmadığını da yalnız o bilir. Rəqəmlər danışa bilir və onlar nələrisə nişan verirlər və təşkilat qarşısında açılan imkanlar və perspektivləri görməyi bacarmaq lazımdır. Rəqəmlərlə onların dilində danışmağı bacarmaq qabiliyyəti mühasibə öz peşəsindən zövq almağa imkan verir, eləcə də təşkilat üçün mühasibin nə qədər dəyərli olduğunu müəyyənləşdirir.

Elə bu yaxınlara kimi mühasibin işi cansıxıcı hesablama əməliyyatları, çoxsaylı sənədlərin əl ilə yazılması və surətlərinin çıxarılması kimi təxmin edilirdi.

Müasir iş şəraitində, sənədlərin və hesabatların daim dəyişən formalarında avtomatlaşdırılmış mühasibatlıqla işləmək çox asandır. Mühasibat uçotunun avtomatlaşdırılması bütün hesabatları, sənədləri, blankları vahid növə gətirməyə imkan verir ki, bu da maliyyə hesabatlarının tərtib edilməsində səhvləri aradan qaldırır. Mühasib sənədləri saxlaya, ilkin məlumatları düzəldə bilər və təşkilatın işi haqqında hesabatları minimal vaxt xərcləri ilə əldə edə bilər.

Lakin mühasib öz işində peşəkardırsa, onun işi rəqəmlərlə olan işlə məhdudlaşmır. O, daim şəxsi yüksəlişə can atmalı, öz ixtisasını yüksəltməli, qanunvericilikdəki dəyişiklikləri izləməli, iqtisadiyyatla maraqlanmalı, həmçinin təşkilatın fəaliyyətinə aid olan hər şeyi araşdırmalıdır. Rəqəmlər – bütün bunlar yalnız bir təməldir və təşkilatda bütün işlər bunun əsasında qurulur.


Print Friendly, PDF & Email