Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq.

“Drew” Universiteti, ABŞ, Nyu-Cersi ştatı

“Drew” universiteti 1867-ci ildə ruhani seminariyası kimi təsis olunmuşdur və 1928-ci ildən humanitar bakalavr proqramı üzrə təhsil təqdim etməyə başlayıb. Hazırda o, kiçik universitetdir, 2200 tələbəsi vardır.

Bakalavr təhsili almaq üçün 17 yaşlı gənclər 39 828 dollar ödəniş etməlidirlər.

Magistraturada oxumaq üçün 20 və daha yuxarı yaşda olan gənclər 22 914 dollar ödəniş etməlidirlər.

“Boston” Universiteti, ABŞ, Massaçusets ştatı

“Boston” universiteti 1839-cu ildə Vermontdakı metodist kilsəsi yanında seminariya kimi təsis olunmuşdur. Bir neçə dəfə transformasiya uğramış və yerini dəyişdirmişdir. Hazırda Bostonun ən böyük universitetlərindən biridir. Bu universitetin bakalavr, magistratura və doktorantura pillələrində 34 000 tələbə təhsil alır.

Bakalavr təhsili almaq üçün bu universitetdə 58 560 dollar pul ödəmək lazım gəlir.

Magistraturada oxumaq üçün isə 21 888 dollardan 56 854 dollara kimi pul ödəməlisən.

“İndiana” Universiteti, ABŞ, İndiana ştatı

“İndiana” universiteti – Bloomingtonda 1820-ci ildə təsis edilib. Bu “İndiana” dövlət universitetləri sisteminin əsas və ən nəhəng kampuslarından biridir. Burada 43 000-dən çox tələbə təhsil alır.

Bakalavriaturada təhsil almaq üçün tələbə 37 600 dollar ödəniş etməlidir.

Magistratura təhsili almaq üçün isə 30 676 dollar ödəniş etməlisən.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email