Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu ixtisası təhsil, Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq → I hissəyə nəzər yetirin

“Harvard” Universiteti, ABŞ, Massaçusets ştatı

“Harvard” Universiteti ABŞ-ın ən prestijli universitetlərindən biridir. Bu universitet 1636-cı ildə təsis edilib və öz əmlakının və geniş kitabxanasının yarısını sözügedən universitetə hədiyyə etmiş din xadimi Çon Harvardın şərəfinə “Harvard” Universiteti adlandırılıb. Hazırda universitetdə 21000 tələbə təhsil alır ki, onların da əksəriyyəti magistratura və doktorantura tələbələridir.

Bu universitetdə bakalavr təhsili almaq üçün 54 000 dollar ödəniş etmək lazımdır.

Magistraturada təhsil haqqı isə 49 448 dollardan başlayır.

“London South Bank” Universiteti, İngiltərə London

“London South Bank” Universiteti – Londonun ən qədim və nəhəng təhsil ocaqlarından biridir. Təklif olunan kursların əksəriyyəti konkret sənaye sahəsinin nümayəndələri ilə birgə yaradılmış, bu və ya digər sahənin mütəxəssislərinin nüfuzlu assosiasiyaları tərəfindən akkreditə olunmuşdur. Təlimin praktik aspektinə çox diqqət yetirilir – inteqrasiya olunmuş kurslar sayəsində LSBU tələbələri Londonun müxtəlif müəssisələrində təcrübə keçirlər.

Bu universitetdə bakalavr təhsili almaq üçün 12 500 funt sterlinq ödəniş etmək lazım gəlir.

Magistraturada oxumaq da 12 500 funt sterlinqə başa gəlir.

“Long İsland” Universiteti, ABŞ Nyu-York ştatı

“Long Island” Universitetinin ilk kampusu 1926-cı ildə yaradılıb. Hazırda universitetin iki kampusunda 15 000 tələbə təhsil alır.

Bu universitetdə bakalavr təhsili almaq 37 926 ABŞ dollarına başa gəlir.

Magistraturada oxumaq üçün isə 31 176 dollar ödəniş etmək lazım gəlir.


III hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email