Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq → II hissəyə nəzər yetirin

“Loughborough” Universiteti, İngiltərə Lesterşir qraflığı

“Loughborough” Universiteti İngiltərənin ən böyük universitetlərindən biridir və sosial elmlər, idarəetmə, idman və mühəndislik sahələrində lider bir araşdırma mərkəzidir. 1909-cu ildə kiçik bir texniki institut kimi təsis edilən “Loughborough” Universiteti artıq 1966-cı ildə Böyük Britaniyanın aparıcı ali məktəblərindən birinə çevrilmişdir. 2015-ci ildə universitet Londonda əlavə magistratura və doktorantura proqramları üzrə xaricdə təhsil verən ikinci kampusu açmışdır.

Bu universitetdə bakalavr təhsili almaq üçün 17 500 funt sterlinq ödəniş etməlisən.

Magistratura təhsilindən ötrü isə 18 250 funt sterlinq ödəniş tələb olunur.

“Michigan” Dövlət Universiteti, ABŞ Miçiqan ştatı

1855-ci ildə təsis olunmuş “Michigan” Dövlət Universiteti, ABŞ-ın ən nəhəng dövlət tədqiqat universitetlərindən biridir – orada demək olar ki, 50 000 tələbə təhsil alır.

Bu universitetdə bakalavr təhsili üçün 39 830 dollar ödəniş etməlisən.

Magistraturada təhsil haqqı isə 27 792 dollar təşkil edir.

“Middlesex” Universiteti, İngiltərə London

“Middlesex” Universiteti ümumi tələbə sayı 40 000-dən çox olan və Böyük Britaniya, Malta, Dubay və Mavritaniyada kampusları olan beynəlxalq səviyyəli bir universitetdir.

Bu universitetdə bakalavr təhsili üçün 11 500 funt sterlinq ödəniş etmək lazımdır.

Magistraturada oxumaq üçün isə 10 500 funt sterlinq ödəniş etməlisən.

“Newcastle” Universiteti, İngiltərə, Staffordşir

“Newcastle” Universiteti 1834-ci ildə təsis olunub, Böyük Britaniyanın ən yaxşı universitetlərinin siyahısına daxildir. 12 tədqiqat institutu və fakültələr yanında 38 tədqiqat mərkəzi tələbələrin elmi fəaliyyətindən ötrü sonsuz imkanlar yaradır.

Bu universitetdə bakalavr təhsili almaq üçün 12 310 funt sterlinq ödəniş etməlisən.

Magistr təhsili əldə etmək üçün isə təhsil haqqı 13 980 funt sterlinq təşkil edir.


Print Friendly, PDF & Email