Mühasibat uçotu orta əsrlər dövründə (II hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu orta əsrlər dövründə (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Həmçinin valyuta ödənişləri də qeydə alınırdı: əgər varsa, xarici valyutaVatikan pulları. Öz növbəsində istənilən xərclə bağlı qeyd,  tarix, söz və rəqəmlə məbləği, sərəncam sənədinə istinad etməklə, pul alanın adını, ödənişin təyin edilməsini və ödəniş üsulunu özündə saxlayırdı. Kassa kitabının hər bir vərəqinin yuxarı hissəsində onun tərtib olunduğu il göstərilirdi.

Kassa kitablarının aparılmasını öz üzərinə götürən şəxslər and içirdilər. Qeydlərin hər hansı birində səhvin düzəldilməsi üçün xüsusi sərəncam olmalı idi. Düzgün olmayan qeyd silinmirdi, üzərindən xətt çəkilirdi və üst tərəfində düzgün mətn yazılırdı. Kitablarda bu səhvləri məhz, xüsusi olaraq, bundan ötrü təyin edilmiş notarius yerinə yetirirdi.

Tampliyerlərdə – güclü və varlı katolik ruhani-cəngavər ordeni – qeydlərin aparılmasının xüsusi qaydası mövcud idi. Mədaxil kassa jurnalı hər gün aparılırdı, ödəniş edənə qəbz verilirdi. Günün başlanğıcında jurnalda ayın tarixi və növbə cəngavərinin – kassirin adı təqdim olunurdu. Hər bir maddədə bunlar göstərilirdi: pullar, ödəniş məbləği və valyuta növü, faktiki ödəyici və ya vasitəçinin adı, ödənişin  səbəbi. Əgər pul cari günün gəlirlərindən ödənilirdisə, məxaric əməliyyatları da burada yazılırdı. Bununla birlikdə əsasən xərc əməliyyatları ayrı bir jurnalda əks olunurdu. Beləliklə, bütün qeydlər iki jurnalda – xronoloji registrlərdə saxlanılırdı.

Hər gün bu jurnallar üzrə nəticələr yekunlaşdırılırdı. Sonra isə qeydlər əsasında indi deyildiyi kimi sistematik mühasibat uçotu tələblərinə uyğun olaraq məlumatlar paylanırdı. Uçot latın dilində və rum rəqəmləri ilə yazılırdı.

1307-ci ildə kral IV Filipin əmri ilə tampliyerlər ordeninin rəhbərləri həbs olundular, onun nəhəng əmlakı isə müsadirə edildi. Nəticədə tampliyerlərin bu növ uçot metodikası uzun illər unudulmuş oldu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *