fbpx

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (13-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

                           Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (13-cü hissə) mühasibatlıq

12-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat uçotu, vakansiya, mühasib,

Hesabdarlığın ictimai özünüidarənin iqtisadi və hüquqi təbiətinə ciddi cavab verən lazımi məntiqi həmahəngliyi olmalıdır.

A.A. Moşkin

Mühasibat qeydlərində, dərsliklərdə, normativ sənədlərdə mühasibat metodologiyasını axtarmaq əbəsdir. Bu metodologiya yatmış gözələ bənzəyir; o, yaşamır, yatır. Uçot metodologiyasının orijinalı təsərrüfat proseslərində çalışan insanların beynində yer alıb.

Y.V. Sokolov, S.M. Bıçkova

Hər bir radio həvəskarına məlumdur ki, səslərin və ya siqnalların dəqiq və aydın şəkildə qəbul edilməsi üçün qəbuledici müəyyən bir uzunluq dalğasında konfiqurasiya edilməlidir. Eynilə, təsərrüfatda baş verən proseslərin düzgün qavranılması üçün də mühasibat uçotu müvafiq “uçot dalğasına” əvvəlcədən köklənməlidir.

V.K. Munyux

Mühasibat texnikası effektiv deyil, amma görünəndir.

S.M. Barats

Mühasibat uçotu metodu – mühasibat uçotu predmetinin (obyektlərinin) öyrənildiyi üsulların və fəndlərin məcmusudur.

T.M. Quseva, T.N. Şeina

Klassik yanaşma ondan ibarətdir ki, mühasibat uçotu obyekti kimi təsərrüfat subyekti (müəssisə, təşkilat, müəssisə, tikinti, sahibkar və s.), predmeti kimi isə bu subyektin iqtisadi göstəricilərdə xüsusi kəmiyyətlə ifadə edilmiş işgüzar fəallığına ənənəvi olaraq baxılır.

V.D. Novodvorskiy, A.N. Xorin

Onun idealları debitor, kreditləşdirmə və saldolaşdırma, hətta hər bir qeyd üçün təsdiqləyici sənədlərin mövcudluğudur.

Q. Emerson

Müəssisədə uçotun təşkili dedikdə mühasibat uçotu metodologiyasının və texnikasının məqsədyönlü qaydaya salınması və təkmilləşdirilməsi nəzərdə tutulur.

A.D. Şmigel

14-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Print Friendly, PDF & Email
error: Content is protected !!