Mühasibatlığın əsl məqsədi nədir?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

mühasibatlıq, vergi uçotu, Mühasibat balansı, Mühasibat uçotu, Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqNiyə mühasibatlığın əsl məqsədi şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istifadəni təmin etməkdir?   

Maliyyə ilə bağlı gərgin vəziyyət o zaman baş verir ki, xərclər gəlirləri üstələyir. Əgər mühasibatlıq dəqiq və hərtərəfli qeydlər aparırsa, onların əsasında hesabatlar tərtib olunursa və rəhbərliyə düzgün məlumat təqdim olunursa, belədə düzgün planlaşdırmanın həyata keçirilməsi və şirkətin ödəmə qabiliyyətinin və ümumi maliyyə sabitliyinin təmin edilməsi mümkün olur.

“Mühasib” sözü bizə alman dilindən (almanca “Buchhalter”, “Buch” – kitab, “Halter” – mühafizə edən, qoruyan) gəlib. Yəni, o, qeydlərin aparıldığı kitabı qoruyub saxlayandır.

Mühasib bu kitablara nə yazır? O, müəssisənin əldə etdiyi hər bir şeyin qeydiyyatını aparır. Müəssisə isə istehsal üçün və öz məhsulu və ya xidmətinin irəli aparılmasında istifadə olunan aktivləri əldə edir.

Elə buradan mühasibatlığın əsl məqsədi ortaya çıxır: şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istfadəni təmin etmək. Mühasib bunu hər bir resurs və ya aktiv vahidini, şirkətə gəlir şəklində daxil olduğu andan, şirkətdən xərclər şəklində ayrıldığı anadək, izləmək və nəzarət etməklə edir.

Şirkətin ödəmə qabiliyyəti – mühasibatlığın başlıca qayğılarından biridir və maliyyənin müdrik idarə olunması və şirkətin genişləndirilməsi ilə təmin edilir.

Satınalmanın müdrik və qənaətcil üsulları, aydın və hərtərəfli qeydlər şirkətin ödəmə qabiliyyətini artırır. Bu da mühasibatlığın məsuliyyət dairəsinə daxildir. Şirkət tərəfindən əldə edilən bütün resurslar və aktivlərə qayğı göstərilməsi də tamamilə mühasibatlığın üzərinə düşür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email