Mühasiblər üçün Diqqət testi
Mühasiblər üçün diqqət hər zaman önəmli olub. Mühasib bütün diqqətini işə yönəltməlidir, işi isə rəqəmlərdən ibarətdir, deməli diqqətini tamamilə rəqəmlərə həsr etməlidir. Yalnız riyazi vərdişlərə malik (axı, mühasib daim rəqəmlərlə işləyir) və yaxşı diqqətə malik və konkret tapşırığın həllinə fikrini cəmləməyi bacaran bir insan mühasib ola bilər. Belə bir adam məntiqi düşüncəyə, əla yaddaşa malik olmalı, dəqiq, intizamlı, öz işini vəzifə tələblərinə uyğun qurmağı və s. bacarmalıdır.
Odur ki, sizin təbiətən mühasib olduğunuzu və ya necə bir iti yaddaşa malik bi ühasib olduğunuzu bilmək istəyirsinizsə aşağıdakı maraqlı ” mühasiblər üçün Diqqət testi”-ni sınamağı məsləhət görürük, hansı ki, sizin bir mühasib kimi diqqətinizi qiymətləndirməyinizə kömək edəcək.
Siz 1-dən 90-a qədər olan rəqəmləri ardıcıllıqla tapmalısınız. Tapdığınız zamanın müddəti sizin necə diqqətli biri olduğunuzu təyin edir.
- Əgər 5-7 dəqiqə ərzində tapşırığı bitirmisinizsə – Sizi təbrik edirik! Siz qeyri-adi diqqətə malik Əsl Mühasibsiz!
- 7-10 dəqiqəyə kimi tapşırığı bitirdinizsə o zaman sizi yaxşı diqqətli mühasib hesab etmək olar.
- 10-15 dəqiqə ərzində sayib yekunlaşdırdınızsa o zaman Diqqətiniz zəifləyib, amma yenədə diqqətiniz təqdirə layiqdir, orta diqqətli mühasib hesab etmək olar, amma məzuniyyətə gedin.
- Saymağa 15-20 dəqiqə həsr etdinizsə diqqətiniz zəifdir, bu diqqətlə nəinki özünüzə hətta şirkətə belə böyük ziyan vura bilərsiz.
- Yox əgər 20 dəqiqədən çox oldusa o zaman çox təəssüf edirik, siz sabahdan işdən çıxmaq barədə ərizənizi yaza bilərsiz.