Mühasib və xəzinədar vəzifəsində çalışan işçilərin əsas əmək məzuniyyəti müddəti nə qədər olmalıdır?

birbank biznes

əmək məzuniyyəti müddətiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən mühasib vəzifəsi mütəxəssis kateqoriyasına aid hesab edilir və Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən mütəxəssislərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.

Xəzinədar (böyük xəzinədar da daxil olmaqla) isə texniki icraçılara aid edilir ki, bu vəzifələr 114.3-cü maddədə qeyd edilən 30 təqvim günü məzuniyyət hüququ olan işçilərin siyahısın aid deyil və onlar üçün 21 gündən az olmayaraq məzuniyyət müəyyən edilir.

Müəllif: K. Rəhimov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email