Müqaviləsiz işçilərə görə vergi güzəştləri ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Rusiya Dövlət Dumasının Əmək komitəsinin üzvü Oleq Şeinin hazırladığı qanun layihəsinə əsasən, öz işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməyən müəssisələr vergi güzəştlərindən məhrum olunacaqlar. “Qanun layihəsinin mahiyyəti çox sadədir: yoxlama nəticəsində işçi heyətinin 10 faizindən və ya 100 nəfərindən çoxu qeyri-rəsmi şəkildə işlədiyi aşkara çıxarılan müəssisə üçün bütün vergi güzəştlərini ləğv etmək lazım gələcək. Qoy həmin müəssisə heç bir güzəştdən istifadə etmədən öz vergilərini adi qaydada ödəsin. Çünki vergi ödəməkdən yayınmaya şərait yaratmaq cəzasız qalmamalıdır”, – layihə müəllifi qeyd etmişdir.

Müxtəlif mənbələrin qiymətləndirmələrinə görə, hazırda Rusiya Federasiyasında 23 milyondan 35 milyon nəfərədək insan əmək münasibətlərini rəsmiləşdirmədən fəaliyyət göstərir ki, bunun sayəsində büdcə hər il 4 trilyon rubl (təxminən 117 milyon manat) vəsait itirir. Bu qanun pozuntusuna görə cərimə fiziki şəxslər üçün 5 min rubl (146 manat), hüquqi şəxslər üçünsə 50 min rubl (1460 manat) müəyyənləşdirilib.

Qanun layihəsinin hökumətin təsdiqindən sonra fevralın sonuna qədər Dövlət Dumasına təqdim ediləcəyi gözlənilir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email